CNN: Harris avqustun əvvəlində ABŞ-ın vitse-prezidenti postuna namizədini açıqlayacaq
Bakı, 28 iyul, AZƏRTAC
Hazırda Demokratlar Partiyasından prezident seçkilərində iştirak etmək üçün ən şanslı namizəd hesab edilən ABŞ-ın vitse-prezidenti Kamala Harris avqustun əvvəlində seçki yarışında öz namizədini açıqlayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə CNN mənbələrə istinadla məlumat yayıb.
"O, özünü rahat hiss etdiyi və zərurət yaranarsa, prezident olmağa hazır olan birini seçəcək", - deyə mənbə CNN-ə bildirib. O əlavə edib ki, Harris hələ planlarını açıqlamayıb.
Potensial vitse-prezidentliyə namizədin adının yaxın iki həftə ərzində məlum olacağı gözlənilir. İddiaçılar arasında Kentukki, Pensilvaniya və Şimali Karolinanın qubernatorları Endi Beşir, Coş Şapiro və Roy Kuper, Arizona senatoru Mark Kelli və ABŞ-ın nəqliyyat naziri Pit Butticic xüsusi qeyd edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]