Coğrafiyaçı alim bioloji müxtəlifliyin qorunmasına dair təkliflər irəli sürüb
Bakı, 25 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri dosent Mirnuh İsmayılov “Bioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi: idarəetmənin təkmilləşdirilməsi vasitəsilə Azərbaycanın xüsusi mühafizə olunan ərazilər sisteminin gücləndirilməsi” layihəsi çərçivəsində Azərbaycan üçün “Təbiəti mühafizə planı”nın hazırlanması üzrə işçi qrupunun ilk iclasında iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə keçirdiyi tədbirdə “Təbiəti mühafizə planı”nın formatı, strukturu və məzmunu, Azərbaycanda biomüxtəlifliyin qorunması üçün prioritet sahələr və ərazilər, əsaslı mühafizənin cari vəziyyəti müzakirə edilib.
Coğrafiyaçı alim iclasda “Təbiəti mühafizə planı”nın hazırlanması çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında bioloji müxtəlifliyin qorunması” mövzusunda çıxış edib. O bildirib ki, bioloji müxtəlifliyin qorunması üçün ekoloji şəbəkənin yaradılması zəruridir və bu, həm regional, həm də respublika səviyyəsində olmalıdır. Ekoloji koridorlar, mühafizə olunan ərazilər, cəlbedici landşaftlar, təbiət abidələri ekoloji şəbəkənin elementləridir.
Alimin sözlərinə görə, ərazi üzrə infrastruktur, məskunlaşma, sənaye, iqtisadi layihələr ancaq ekoloji şəbəkə xəritəsi yaradıldıqdan sonra həyata keçirilə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]