COP29-da akkreditasiyadan keçmiş şəxslər üçün Abşeron dairəvi dəmir yolundan istifadə pulsuz olacaq
Bakı, 1 noyabr, AZƏRTAC
COP29 keçirildiyi ərəfədə akkreditasiyadan keçmiş şəxslər üçün Abşeron dairəvi dəmir yolu üzrə hərəkət ödənişsiz olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
O qeyd edib ki, bununla bağlı artıq təlimlər keçirilib.
“Akkreditasiyadan keçmiş şəxslərlə bağlı rəsmi məlumat daxil olub. Həmin şəxslərin sayı saytlarda və informasiya agentliklərində dərc olunacaq”, - deyə ADY rəsmisi əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:58]
Aqrar sektorda rəqəmsallaşma genişlənir və sığorta sistemi gücləndirilir
- 12.06.2026 [12:34]
Sahil Babayev: Sosialyönlü xərclərə 15,3 milyard manat yönəldilib
- 12.06.2026 [12:29]