COP29-dan əvvəl Azərbaycanda yaşıl binaların tikintisi üzrə yol xəritəsi təqdim olunacaq
Bakı, 23 oktyabr, AZƏRTAC
Ötən il Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) maliyyə portfeli 43 milyard dollar təşkil edib.
AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının Dayanıqlı maliyyə mütəxəssisi Leyla Hüseynli Bakıda keçirilən “Dayanıqlı mikromaliyyə üçün innovativ həllər” konfransında deyib.
O bildirib ki, bu məbləğin 14 milyard dolları dayanıqlı yaşıl maliyyəyə yönəldilib, eyni zamanda, dayanıqlı inkişaf və iqlim ilə bağlı layihələrə də 15 milyard dollar cəlb edilib.
“IFC olaraq, həmçinin Mərkəzi Bank ilə bir neçə istiqamət üzrə əməkdaşlıq edirik. Yaxın gələcəkdə IFC yaşıl tikinti sektoru üçün yeni tənzimləmə və dəstək mexanizmi yaratmağı planlaşdırır. Bu, Dövlət Arxitektura və Şəhərsalma Komitəsi ilə bağladığımız memorandumun nəticəsi olacaq. Azərbaycanda yaşıl binaların tikintisi üzrə yol xəritəsi hazırlanacaq və təqdim olunacaq. Yol xəritəsinin COP29-dan əvvəl təqdim ediləcəyi gözlənilir”, - deyə L.Hüseynli qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:19]
® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim
- 24.09.2026 [12:17]
“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb
- 24.09.2026 [11:57]
FAO nümayəndəsi: Dünyada 75 faiz toxum növü yox olub
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]