Azərbaycan Dövlət İnformasiya Agentliyi

COP29-la bağlı hazırlıqlar demək olar ki, tamamilə yekunlaşıb - MÜSAHİBƏ

COP29-la bağlı hazırlıqlar demək olar ki, tamamilə yekunlaşıb -  MÜSAHİBƏ

Bakı, 4 noyabr, Aytac Haqverdiyeva, AZƏRTAC

COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai COP29-un əhəmiyyəti, əsas prioritetləri, özəl sektorların COP29-da iştirakı və COP29-un Azərbaycanda keçirilməsinin ölkə üçün yaratdığı üstünlüklərlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. Nigar Arpadarainin müsahibəsini təqdim edirik:

-Nigar xanım, COP29-a artıq sayılı günlər qalıb, bu tədbir nə üçün dünyada ən böyük tədbir hesab edilir və onun əhəmiyyəti nədir?

-COP29 qlobal iqlim dəyişikliyi ilə mübarizədə dünya səviyyəsində ən əhəmiyyətli və geniş miqyaslı proseslərdən biridir. Belə ki, iqlim dəyişikliyi dünyanın üzləşdiyi ən ciddi çağırışdır. Bu, qlobal biomüxtəlifliyə, ərzaq və su təhlükəsizliyinə, insan sağlamlığına və iqtisadiyyatlara ciddi təsir göstərir. İqlim məsələləri yalnız ekoloji deyil, həm də sosial-iqtisadi bir problem kimi qlobal səviyyədə diqqət mərkəzindədir. COP (Conference of the Parties), Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəflərinin hər il toplaşdığı konfransdır. COP iqlim dəyişiklikləri ilə mübarizə, ölkələrin öhdəlikləri, karbon emissiyalarının azaldılması, adaptasiya tədbirləri və maliyyə dəstəyi kimi mövzularda qlobal qərarlar qəbul etmək üçün təşkil olunur.

COP29-un əhəmiyyəti və unikallığı onunla izah edilir ki, tədbirdə yalnız hökumət rəsmiləri deyil, həmçinin qeyri-hökumət təşkilatları, elmi dairələr, vətəndaş cəmiyyəti, özəl sektor nümayəndələri və media təmsilçiləri iştirak edir. Hər kəsin eyni mövzuda və məqsəddə bir araya gəlməsi, iqlim məsələlərini daha ətraflı və hərtərəfli şəkildə müzakirə etməsinə imkan yaradır.

COP29 zamanı iqlimin maliyyələşməsi, tənzimlənən karbon bazarlarının formalaşdırılması ilə bağlı və digər önəmli qərarların qəbul olunması gözlənilir. Bu tədbirin nəticəsində qəbul edilən qərarlar və müəyyən olunan hədəflər, dünyanın iqlim gələcəyini və iqtisadiyyatlarını formalaşdırmaq üçün mühüm əhəmiyyət daşıyır. COP29 yalnız hökumətlər və təşkilatlar üçün deyil, bütün planet üçün böyük əhəmiyyət kəsb edən proses hesab edilir.

-COP29-un məhz Azərbaycanda keçirilməsi ölkə üçün hansı üstünlüklər yaradır?

-COP29-un Azərbaycanda keçirilməsi ölkəyə bir sıra əhəmiyyətli üstünlüklər təqdim edir. Bu tədbir Azərbaycanın beynəlxalq iqlim müzakirələrindəki rolunu gücləndirərək, qlobal iqlim siyasətinin formalaşmasında aktiv iştirak etməsinə imkan yaradır. Bu, ölkənin qlobal miqyasda iştirakçıya çevirir, investisiyalar və beynəlxalq əməkdaşlıqlar üçün yeni yollar açır. Eyni zamanda, regionlararası əməkdaşlığı təşviq edərək, qonşu ölkələrlə iqlimlə mübarizədə əməkdaşlıq imkanlarını artıracaq. İqtisadi inkişafı, investisiya axınını stimullaşdırmaqla yanaşı, turizm və xidmət sektorlarında da müsbət təsir göstərəcək.

COP29 Azərbaycanın bərpaolunan enerji və davamlılıq sahəsindəki təşəbbüslərini irəlilətmək üçün də əhəmiyyətli platforma olacaq. COP29-un Azərbaycanda keçirilməsi, ölkənin qlobal iqlim dəyişikliyi ilə mübarizədəki mövqeyini daha da gücləndirəcək, eyni zamanda, beynəlxalq ictimaiyyət tərəfindən ölkənin siyasi, iqtisadi və ekoloji sabitliyinin tanınmasını təmin edəcək. Bu, Azərbaycanın iqlim diplomatiyasını gücləndirərək, qlobal iqlim məsələlərində daha fəal iştirak etməsinə səbəb olacaq.

-COP29 Sədrliyinin əsas prioritetləri və təşəbbüsləri nələrdir?

-Bildiyiniz kimi, COP29-un əsas mövzusu iqlimin maliyyələşməsidir. Tədbirdən əsas gözlənti isə iqlim dəyişikliyi ilə mübarizə üçün yeni maliyyə hədəfinin müəyyən olunmasıdır.

Xatırlatmaq istərdim ki, 2009-cu ildə Kopenhagendə keçirilən COP zamanı qəbul olunan qərara əsasən, iqlim fəaliyyəti sahəsində ehtiyaclarını qarşılamaq üçün inkişaf etmiş ölkələr illik əsasda inkişaf etməkdə olan dövlətlərə yardım qismində 100 milyard ABŞ dolları ayırmalı idi. 15 il keçməsinə baxmayaraq bu maliyyə mexanizmi hələ də gözlənilən kimi fəaliyyət göstərmir.

Ancaq COP29-da həm iqlimlə bağlı, həm də qlobal maliyyə-iqtisadi sistemdə baş vermiş bütün dəyişiklikləri nəzərə alaraq 100 milyard ABŞ dolları hədəfinin artırılması ilə bağlı qərar verilməlidir. COP29 Sədrliyinin məqsədi tərəflər arasında körpü olmaq və onları yaxınlaşdırmaq üçün inklüziv platformanın yaradılmasıdır.

Bununla yanaşı, COP29 Sədrliyi 14 təşəbbüs irəli sürüb. Bu təşəbbüslər vasitəsilə Azərbaycan tərəfi həm qlobal miqyasda iqlim fəaliyyətinin müxtəlif sahələrinə diqqət çəkərək onlarla bağlı problemlərin həllinə töhfə verir, həm də müvafiq istiqamətdə öz prioritetlərini təşviq edir.

COP29 Sədrliyinin irəli sürdüyü 14 təşəbbüs arasında “İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu”, “İqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsü”, “COP Atəşkəs çağırışı”, “İqlim davamlılığı üçün insan inkişafı üzrə Bakı Təşəbbüsü” və “İqlim Fəaliyyəti naminə Su” kimi təşəbbüslər yer alır. Bu təşəbbüslər qlobal və regional səviyyədə tərəfdaşların cəlb olunması ilə təşviq olunur.

Yüksəksəviyyəli iqlim çempionunun əsas rolu qeyri-dövlət strukturlarının qlobal iqlim fəaliyyətinə cəlb olunmasıdır. Bu sahədə iş necə aparılır ?

-Qeyd etdiyiniz kimi, yüksəksəviyyəli iqlim çempionunun əsas fəaliyyəti, hökumət və qeyri-dövlət qurumları arasında körpü rolunu oynayaraq, özəl sektor, vətəndaş cəmiyyəti, xeyriyyə təşkilatları, şəhərlər və digər qrupların qlobal iqlim dəyişikliyi ilə mübarizədə iştirakını artırmağa dəstək olmaqdır. Çünki iqlim dəyişikliyi ilə mübarizə bütün cəmiyyətin səfərbər olunmasını tələb edir. Dövlətlərin öz üzərilərinə götürdükləri öhdəliklər özəl sektora, vətəndaş cəmiyyətinə, eyni zamanda, bütün digər qeyri-dövlət strukturlarına təsir edir. Məhz buna görə də onların məsələdə iştirakı önəmlidir.

İqlim dəyişikliyi ilə mübarizədə dövlət və özəl sektor tərəfdaşlığı son dərəcə vacibdir. Bizim üçün prioritetlərdən biri həm iqlim dəyişikliyi ilə mübarizə məsələsinin önəmini qlobal olaraq təşviq etmək, həm də ölkəmizin qeyri-dövlət strukturlarını bu işə cəlb etməkdir.

Bu aylar ərzində hökumət, özəl sektor, akademik dairələr, vətəndaş cəmiyyəti, maliyyə və beynəlxalq təşkilatlar arasında əsas maraqlı tərəfləri bir araya gətirərək, qlobal iqlim dialoqunda əhəmiyyətli bir platforma yaratmağa çalışmışıq, ölkəmizdə “COP 29 Dayanıqlı Biznes Forumu”, “Bakı İqlim Fəaliyyəti Həftəsi” də daxil olmaqla çoxsaylı tədbirləri təşkil edilib. Sevindirici haldır ki, texnologiyalar üzrə şirkətlər, logistika, yükdaşıma, kənd təsərrüfatı və tikinti sahəsində aparıcı şirkətlərin yaşıl iqtisadiyyata keçid istiqamətində töhfə vermək hazırlığını göstərərək, bəyannamələr imzalayıblar.

-Özəl sektorun COP29-da iştirakı hansı formada gözlənilir?

-Özəl sektorun iqlim dəyişikliyi ilə mübarizə məsələsində iştirakı xüsusi önəm daşıyır. Çünki özəl sektor iqtisadi fəaliyyətin və texnoloji inkişafın əsas mühərrikidir. Şirkətlər, investisiya fondları və biznes liderləri iqlim dəyişikliyi ilə mübarizə istiqamətində özəl sektorun potensialını ortaya çıxardıqda, qlobal iqlim hədəflərinə çatmaq daha real olur.

Bəs, özəl sektor bu işə necə töhfə verə bilər? İlk olaraq emissiyaların azaldılması - şirkətlər istehsalat proseslərini daha ekoloji təmiz və resurs-effektiv etmək, bərpaolunan enerjiyə keçmək və dayanıqlı idarəetmə sistemlərini təkmilləşdirmək kimi addımlarla emissiyaların azalmasına böyük töhfə verə bilərlər.

Daha sonra innovasiya və yaşıl texnologiyaların inkişafı - bərpaolunan enerji, enerji saxlama texnologiyaları, elektrik nəqliyyat vasitələri və karbon tutma texnologiyaları kimi sahələrdə özəl sektorun dəstəyi ilə daha sürətli inkişaf mümkündür.

Sonda maliyyə resurslarının səfərbər edilməsi, yəni iqlim dəyişikliyi ilə mübarizə üçün böyük miqdarda investisiyalara ehtiyac var və bu ehtiyacları qarşılamaq üçün özəl sektorun maliyyə resursları çox önəmlidir.

Eyni zamanda, dayanıqlı tədarük zəncirlərinin qurulması, ictimai şüurun artırılması və istehlakçıların davranışlarına təsir və digər məsələlərdə də özəl sektorun böyük rolu var.

İqlim maliyyəsinin formalaşdırılması prosesinə özəl sektorun cəlb edilməsi məsələsində hələ də boşluqlar çoxdur, çünki bunun üçün qlobal ekosistemin yaradılmasına ehtiyac var.

COP29-da özəl sektorun iştirakına çox önəm veririk. Belə ki, ilk dəfədir rəsmi danışıqların keçirildiyi Mavi Zonada özəl sektor nümayəndələri və xeyriyyə təşkilatları üçün Biznes, İnvestisiyalar və Xeyriyyəçilik üzrə İqlim Forumunun keçirilməsi planlaşdırılır. Eyni zamanda, Yaşıl Zonada şirkətlər öz məhsullarını nümayiş etdirmək, tədbirlərini keçirmək imkanını əldə edəcəklər.

Bizim əsas fəaliyyət istiqamətlərindən biri də kiçik və orta bizneslərə dəstək olmaq, onların iqlim dəyişikliklərinə dayanıqlılığını təmin etməklə bağlıdır. Çünki çox vaxt KOB-ların məlumat azlığı olur və maliyyəyə çıxışı daha məhdud olur. Məhz bu səbəbdən biz xarici tərəfdaşlarla məsələ istiqamətində birgə çalışacağıq. Hazırda 30-dan çox beynəlxalq təşkilat bizim “İqlim Dəyişikliyinə dayanıqlı KOB-lar” kampaniyamıza qoşulub.

 - İqlim dəyişmələri ilə bağlı Azərbaycanın əsas prioritetləri nələrdir?

- Azərbaycanın iqlim dəyişmələri ilə bağlı əsas prioritetləri ölkənin ekoloji dayanıqlığını gücləndirmək və qlobal iqlim öhdəliklərinə töhfə verməkdir. Azərbaycanın milli prioritetləri arasında karbon emissiyalarını azaltmaq, təmiz enerji mənbələrinə keçidi sürətləndirmək və enerji səmərəliliyini artırmaq əsas yer tutur. Belə ki, ölkəmiz metan emissiyalarının azaldılması üzrə Qlobal Metan Öhdəliyi təşəbbüsünə qoşulub və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilmişdir. Həmçinin Azərbaycan baza ili (1990) ilə müqayisədə istilik effekti yaradan qazların emissiyalarını 2030-cu ilədək 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaltmağı hədəfləyir. Azərbaycan, həmçinin milli səviyyədə təyin edilmiş töhfələr (NDC) çərçivəsində Paris Sazişinin hədəflərinə uyğun addımlar atmağa, biomüxtəlifliyi qorumağa və ətraf mühitlə bağlı maarifləndirməni artırmağa öhdəlik götürmüşdür.

- COP29-la bağlı təşkilati işlər yekunlaşıbmı?

- COP29-la bağlı bütün hazırlıqlar, demək olar ki, tamamilə yekunlaşıb. Logistika, təhlükəsizlik və texniki təminat istiqamətlərində hazırlıq prosesləri COP29 Əməliyyat Şirkətinin professional komandası tərəfindən yekunlaşdırılıb və məkan tədbirin keçirilməsi üçün tam hazır vəziyyətə gətirilib.

Bununla yanaşı, COP29 Sədrliyi həm tədbir proqramlarının tərtibatı, həm də tədbir zamanı irəli sürüləcək qərar və təşəbbüslərin hazırlanması baxımından hazırlıqları yekunlaşdırır. Xatırlatmaq istərdim ki, biz prosesə çox gec mərhələdə başladıq. Digər ölkələrin COP konfransına ev sahibliyi etmək üçün iki il vaxtı vardısa, bizim cəmi 11 aydan da az vaxtımız oldu. Amma buna baxmayaraq, qısa zamanda həm məzmun baxımından, həm təşkilati hazırlıqlar baxımından çox iş görülüb. Hazırda bu prosesin bütün iştirakçılarını, dünyanın iqlim icmasını Bakıda qarşılamağa hazırıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır