Azərbaycan Dövlət İnformasiya Agentliyi

COP29-un Azərbaycanda keçirilməsinin sosial-ictimai və ekoloji üstünlükləri

COP29-un Azərbaycanda keçirilməsinin sosial-ictimai və ekoloji üstünlükləri

Bakı, 19 noyabr, Hikmət Əhmədov, AZƏRTAC

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək Azərbaycan üçün yalnız beynəlxalq səviyyədə nüfuz qazanmaq deyil, eyni zamanda, ətraf mühitin mühafizəsi və davamlı inkişaf istiqamətlərində yeni mərhələnin başlanğıcı olacaq. Bakıda keçirilən bu qlobal tədbir həm ölkə ictimaiyyətinin ekoloji məsələlərə daha dərindən yanaşmasına, həm də dövlət və özəl sektorun bu istiqamətdə atacağı addımların sürətlənməsinə səbəb olacaq.

AZƏRTAC COP29-un Azərbaycanda keçirilməsinin ölkə üçün mümkün sosial, ictimai, ekoloji və iqtisadi üstünlüklərinə nəzər salır.

İctimai şüurun inkişafı və maarifləndirmə

COP29-un Bakıda keçirilməsi ölkə ictimaiyyətinin iqlim dəyişikliyi və ətraf mühit problemlərinə həssaslığını artırmaq baxımından misilsiz bir fürsət təqdim edir. Belə ki, qlobal istiləşmə, ekstremal hava hadisələri və bərpa olunmayan təbii sərvətlərin tükənməsi kimi məsələlərin müzakirəsi ictimaiyyəti bu problemlərin vacibliyi ilə daha yaxından tanış edir. Konfrans çərçivəsində təşkil edilən müxtəlif mövzulu tədbirlər, həmçinin seminarlar, sərgilər, mühazirələr və maarifləndirmə kampaniyaları vasitəsilə əhali, xüsusilə gənc nəsil ekoloji problemlərin həlli üçün gündəlik həyatında daha məsuliyyətli davranışlar nümayiş etdirməyə təşviq olunur.

Qeyd edək ki, iqlim dəyişikliyinin həyatımıza təsiri və onunla mübarizə üsulları barədə ictimai şüurun inkişafı istiqamətində müxtəlif təşəbbüslərin həyata keçirilməsi vacibdir. İlk növbədə, təhsil müəssisələrində bu mövzuda geniş tədris proqramlarının hazırlanması və tətbiqi önəm daşıyır. Məktəblərdən başlayaraq universitetlərə qədər bütün təhsil pillələrində iqlim dəyişikliyinin səbəbləri, təsirləri və onunla mübarizə yollarını izah edən xüsusi fənlərin və ya modulların tədrisi təmin olunmalıdır. Bu cür tədris proqramları gənc nəslin erkən yaşlarından ekoloji problemlərə həssas və məsuliyyətli yanaşmasını formalaşdırmağa kömək edəcək.

Bununla yanaşı, media və sosial platformalar vasitəsilə geniş maarifləndirmə kampaniyalarının təşkili əhalinin bütün təbəqələrinə bu mesajların çatdırılmasında mühüm rol oynaya bilər. Məsələn, bərpaolunan enerji səmərəliliyi, yaşıl enerjiyə keçid, tullantıların idarə olunması, təkrar emalın faydaları və iqlim dəyişikliyi ilə bağlı fərdi davranışların təsiri kimi mövzularda maarifləndirici videolar, məqalələr və infoqrafikalar hazırlanaraq geniş auditoriyaya çatdırıla bilər. Bu kampaniyalar, həmçinin əhalini iqlim dəyişikliyi ilə mübarizəyə daha fəal şəkildə qoşulmağa təşviq edəcək.

Eyni zamanda, yerli icmalar arasında tullantıların azaldılması və enerji səmərəliliyi ilə bağlı praktiki tədbirlər həyata keçirilə bilər. Məsələn, yerli hakimiyyət orqanları və qeyri-hökumət təşkilatları birgə “yaşıl həyat tərzi” təşəbbüslərini həyata keçirə bilər. Bu təşəbbüslər çərçivəsində vətəndaşlara tullantıların təkrar emalı üçün lazımi şərait yaradılmalı, həmçinin onları plastikdən istifadəni məhdudlaşdırmağa və yenidən istifadə edilə bilən məhsullara üstünlük verməyə təşviq edən proqramlar tətbiq olunmalıdır.

Bundan əlavə, enerji səmərəliliyinə dair məlumatlılığı artırmaq üçün binaların istilik izolyasiyası, elektrik enerjisinə qənaət edən cihazların istifadəsi və bərpaolunan enerji mənbələrindən yararlanmağın faydalarını izah edən maarifləndirici tədbirlər həyata keçirilə bilər. Xüsusilə kənd yerlərində və kiçik şəhərlərdə bu istiqamətdə təşkil ediləcək seminarlar, treninqlər və yerli layihələr sayəsində əhalinin gündəlik həyatında ekoloji mədəniyyət inkişaf edər.

Belə tədbirlərin həyata keçirilməsi iqlim dəyişikliyi ilə mübarizədə həm fərdi, həm də ictimai məsuliyyət hissini gücləndirəcək. Eyni zamanda, bu təşəbbüslər daha yaşıl və ekoloji cəhətdən dayanıqlı cəmiyyətin formalaşmasına mühüm töhfə verəcək.

Dövlət və özəl sektorun yeni öhdəlikləri

Azərbaycanın COP29 çərçivəsində qlobal öhdəliklər götürməsi dövlət və özəl sektorda ekoloji məsuliyyətin artırılmasına səbəb olacaq. Xüsusilə dövlət siyasətində və qanunvericilik bazasında ətraf mühitin qorunmasına yönəlik ciddi islahatların həyata keçirilməsi gözlənilir. Dövlət qurumları karbon emissiyalarını azaltmaq üçün strateji planlar hazırlayacaq, özəl sektor isə fəaliyyətlərində ekoloji standartlara daha çox əməl etməli olacaq. Bu yanaşma təkcə dövlət orqanlarının deyil, həm də biznes strukturlarının fəaliyyət istiqamətlərini dəyişdirməyə səbəb olacaq.

Belə ki, korporativ sektor iqlim dəyişikliyi ilə mübarizədə daha fəal rol oynayaraq səmərəli enerji texnologiyalarının tətbiqini genişləndirəcək və ətraf mühitə təsiri minimuma endirmək üçün müxtəlif təşəbbüsləri reallaşdıracaq. İlk növbədə, enerji istehlakını optimallaşdırmaq məqsədilə müəssisələrdə müasir texnologiyaların və avtomatlaşdırılmış sistemlərin tətbiqi sürətləndiriləcək. Məsələn, enerji sərfiyyatını izləyən və optimallaşdıran ağıllı idarəetmə sistemlərinin quraşdırılması, həmçinin istehsal proseslərində daha az enerji tələb edən avadanlıqlara keçid geniş yayılacaq.

Bununla yanaşı, “Yaşıl ofis” konseptlərinin həyata keçirilməsi korporativ sektorun ətraf mühitin mühafizəsi istiqamətində fəaliyyətində mühüm rol oynayacaq. Bu konseptlər çərçivəsində ofis binalarında enerji sərfiyyatının azaldılması, kağızdan və plastik materiallardan istifadənin məhdudlaşdırılması, su resurslarına qənaət edilməsi və təkrar emalın təşviqi kimi tədbirlər həyata keçiriləcək. Ofis əməkdaşlarının gündəlik iş mühitində ekoloji davranış qaydaları tətbiq ediləcək. Həmçinin yerli müəssisələr iqlim dəyişikliyinin mənfi təsirlərini azaltmaq üçün karbon izlərini minimuma endirəcək yeni texnologiyaları tətbiq edəcək. Bu təşəbbüslər çərçivəsində bərpaolunan enerji mənbələrindən istifadə edən istehsal müəssisələrinin sayı artacaq, beləliklə, karbon emissiyalarının azalması təmin ediləcək. Məsələn, fabrik və zavodlar Günəş panelləri, külək turbinləri və digər bərpaolunan enerji mənbələrindən yararlanaraq həm xərcləri azaldacaq, həm də ətraf mühitə daha az zərər verəcək.

Eyni zamanda, korporativ sektor ekoloji sertifikatlaşma proseslərinə üstünlük verərək, ekoloji standartlara uyğun fəaliyyət göstərən müəssisələr üçün yeni imkanlar yaradacaq. Belə sertifikatlar korporativ şirkətlərin beynəlxalq bazarlarda rəqabət qabiliyyətini artıracaq və daha geniş müştəri bazasına çıxışını təmin edəcək. Bununla yanaşı, ətraf mühitə töhfə verən innovativ layihələrə sərmayələrin cəlb olunması, korporativ sosial məsuliyyət layihələri çərçivəsində icra ediləcək ekoloji kampaniyaların genişləndirilməsi də bu təşəbbüslərin ayrılmaz hissəsi olacaq.

Bu tədbirlər korporativ sektorun iqlim dəyişikliyi ilə mübarizədə fəallığını artırmaqla yanaşı, həm də cəmiyyətin daha ekoloji düşüncəli və məsuliyyətli bir istiqamətə yönəlməsinə dəstək olacaq.

Ekoloji sosial layihələrin artırılması

COP29 çərçivəsində həyata keçirilən müzakirələr və qəbul olunan qərarlar ölkədə sosial məsuliyyət çərçivəsində icra edilən ekoloji layihələrin artmasına şərait yaradacaq. Dövlət və özəl sektor tərəfindən ağacəkmə kampaniyaları, təkrar emal mərkəzlərinin yaradılması, şəhər ərazilərinin yaşıllaşdırılması kimi təşəbbüslər reallaşdırıla bilər. Bu layihələr təkcə ətraf mühitin yaxşılaşdırılması ilə deyil, eyni zamanda, ictimaiyyətin həyat keyfiyyətinin yüksəldilməsi ilə nəticələnəcək. Xüsusilə şəhər ərazilərində yaşıllıq sahələrinin artırılması insanların sağlamlığına və sosial rifahına müsbət təsir göstərəcək.

Bununla yanaşı, ekoloji layihələr yerli icmalarda iş imkanlarının yaranmasına və iqtisadi fəaliyyətin stimullaşdırılmasına da töhfə verəcək. Məsələn, ağacəkmə kampaniyaları və şəhər ərazilərinin abadlaşdırılması yerli əhalinin bu layihələrdə fəal iştirakını təmin edə bilər. Eyni zamanda, icmalar arasında ekoloji biliklərin artırılması və ətraf mühitin kollektiv şəkildə qorunmasına töhfə verilməsi üçün təlim və seminarlar təşkil edilə bilər.

Yaşıl enerji layihələrinin həyata keçirilməsi

Azərbaycan COP29 vasitəsilə yaşıl iqtisadiyyat yolunda irəliləmək üçün əlavə stimul qazanacaq. Bu konfrans çərçivəsində təqdim olunan beynəlxalq təcrübə və texnologiyalar ölkədə bərpaolunan enerji mənbələrinin tətbiqini genişləndirəcək.

Maliyyə institutları dövlətin birbaşa dəstəyi ilə yaşıl enerji layihələrinə güzəştli kreditlər verməlidirlər. Məsələn, Günəş və külək enerjisi sistemlərinin quraşdırılması üçün ev təsərrüfatlarına və sahibkarlara əlverişli şərtlərlə maliyyə ayrıla bilər.

Bununla yanaşı, yaşıl enerji sahəsində ixtisaslaşmış mütəxəssislərin yetişdirilməsi və bu sahəyə investisiya qoyulmasının artırılması məqsədilə xüsusi proqramlar icra edilməlidir. Yeni enerji infrastrukturlarının qurulması regionlarda enerji təhlükəsizliyini təmin etməklə yanaşı, onların sosial-iqtisadi inkişafına da təkan verəcək. Həmçinin belə layihələr ekoloji təsirləri azaltmaqla bərabər, Azərbaycanın beynəlxalq iqlim məqsədlərinə çatmasında mühüm rol oynayacaq. Yaşıl enerji layihələri çərçivəsində innovativ texnologiyaların tətbiqi isə enerjinin istehsalı və istifadəsində səmərəliliyi daha da artıracaq.

Hüquq və qanunvericilik bazasının təkmilləşdirilməsi

COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin ekoloji qanunvericiliyində də mühüm yeniliklərin həyata keçirilməsinə səbəb olacaq. Qlobal öhdəliklər çərçivəsində yeni ekoloji standartlar müəyyənləşdiriləcək, mövcud qanunvericilikdə isə beynəlxalq standartlara uyğun dəyişikliklər ediləcək.

Bununla yanaşı, karbon vergilərinin tətbiqi, plastik tullantıların məhdudlaşdırılması və ətraf mühitin qorunmasına dair daha sərt tələblərin müəyyənləşdirilməsi gözlənilir. Əlavə olaraq, ətraf mühitə ziyan vuran fəaliyyətlərin qarşısını almaq üçün ciddi cərimə və sanksiyaların tətbiqi də gündəmdə ola bilər. Eyni zamanda, yeni qanunvericilik təşəbbüsləri çərçivəsində yaşıl texnologiyaların tətbiqini təşviq edən vergi güzəştləri və dövlət subsidiyaları nəzərdən keçirilməlidir. Bu dəyişikliklər, xüsusilə biznes sektorunu daha ekoloji və məsuliyyətli fəaliyyətlərə təşviq etməklə yanaşı, vətəndaşların da ətraf mühitlə bağlı mövcud qaydalara riayət etmələrinə şərait yaradacaq.

Qlobal təcrübənin öyrənilməsi və tətbiqi

COP29 çərçivəsində Azərbaycanın inkişaf etmiş ölkələrin yaşıl iqtisadiyyat sahəsində və iqlim dəyişikliyinə qarşı mübarizə istiqamətində təcrübələrindən bəhrələnməsi üçün geniş imkanlar yaranıb. Bu prosesin bir hissəsi olaraq müxtəlif sahələrdə qabaqcıl texnologiyalar və ekoloji idarəetmə modelləri ölkəyə gətirilə, yerli şəraitə uyğunlaşdırıla bilər. Məsələn, enerji səmərəliliyini artırmaq məqsədilə tətbiq olunan innovativ texnologiyalar, bərpaolunan enerji mənbələri üçün texniki həllər və daha az enerji sərf edən istehsal sistemləri Azərbaycanda tətbiq ediləcək. Bundan əlavə, ekoloji təmiz nəqliyyat sistemlərinin inkişafı üçün dünya miqyasında uğurlu hesab edilən modellərin öyrənilməsi və onların ölkədə reallaşdırılması mühüm əhəmiyyət daşıyır. Bu, həm şəhər ərazilərində karbon emissiyalarını azaltmağa, həm də ictimai nəqliyyatın daha səmərəli və müasir hala gətirilməsinə töhfə verəcək.

Eyni zamanda, yaşıl sənaye parklarının yaradılması üzrə beynəlxalq təcrübənin öyrənilməsi və ölkədə tətbiq edilməsi ekoloji cəhətdən dayanıqlı sənaye inkişafına təkan verəcək. Bu cür sənaye parkları təkcə ətraf mühitin qorunmasına deyil, həm də iqtisadi artımın davamlı olmasına zəmin yaradacaq. Bu proses çərçivəsində, eyni zamanda, beynəlxalq ekspertlərin iştirakı ilə mütəmadi təlim və seminarların keçirilməsi, təcrübə mübadiləsinin təşviq edilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi də nəzərdə tutulur. Bütün bunlar Azərbaycanın qlobal iqlim məqsədlərinə çatması yolunda mühüm mərhələ olacaq və ölkəmizin yaşıl iqtisadiyyata keçid prosesini sürətləndirəcək.

Sosial və iqtisadi gəlirlər

Bakıda COP29-un keçirilməsi iqtisadi və sosial baxımdan da mühüm nəticələr doğuracaq. Konfrans çərçivəsində ölkəyə gələn minlərlə xarici nümayəndə, investor və ekspert turizm və xidmət sektoruna əlavə gəlir gətirib. Bununla yanaşı, Azərbaycanın beynəlxalq səviyyədə nüfuzu artıb, ölkə gələcək ekoloji investisiyalar üçün daha cəlbedici bir məkana çevrilib. Konfrans müddətində otelçilik, iaşə və nəqliyyat xidmətlərinə olan tələbin artması yerli biznes üçün əlavə imkanlar yaradıb. Xüsusilə kiçik və orta sahibkarlıq subyektləri bu tədbirdən birbaşa fayda götürərək iqtisadi fəaliyyətlərini genişləndirib.

Eyni zamanda, tədbir müddətində keçirilən sərgilər və forumlar vasitəsilə yerli şirkətlər öz məhsul və xidmətlərini beynəlxalq auditoriyaya təqdim ediblər. Bu, həm yeni biznes əlaqələrinin qurulmasına, həm də ixrac potensialının artmasına səbəb olacaq. Həmçinin ekoloji layihələrə yönəldiləcək sərmayələr sosial inkişafa, xüsusilə yeni iş yerlərinin yaradılmasına təkan verəcək. Konfransın beynəlxalq mediada əks-sədası Azərbaycanın qlobal platformalarda yaşıl iqtisadiyyata keçid üzrə təşəbbüskar bir ölkə kimi tanınmasını təmin edir. Bunun nəticəsində həm dövlət, həm də özəl sektor üçün uzunmüddətli strateji tərəfdaşlıqlar qurmaq imkanı yaranır. COP29-un Bakıda təşkil edilməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması ilə yanaşı, yerli əhalidə qürur hissi yaradır və cəmiyyətin ekoloji problemlərə daha həssas yanaşmasına, eyni zamanda, sosial həmrəyliyin güclənməsinə töhfə verir.

COP29, həmçinin Azərbaycanda yerli səviyyədə dayanıqlı inkişafın təşviqinə şərait yaradır. Bundan sonra ölkədə regional və kənd təsərrüfatı sahələrində iqlim dəyişikliyinə uyğunlaşma tədbirləri gücləndiriləcək, kiçik və orta sahibkarlar üçün ekoloji təşəbbüslər dəstəklənəcək.

Əminliklə deyə bilərik ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin sosial, iqtisadi və ekoloji inkişafına töhfə verən strateji əhəmiyyətli bir addımdır. Bu tədbir vasitəsilə Azərbaycan yalnız qlobal iqlim mübarizəsində fəal iştirak etməklə kifayətlənməyəcək, həm də öz vətəndaşlarının rifahını və gələcək nəsillərin sağlam yaşamaq hüququnu təmin etmək üçün mühüm addımlar atacaq. Bir sözlə, COP29 Azərbaycanın davamlı inkişaf yolunda beynəlxalq səviyyədə mövqeyini möhkəmləndirən mühüm bir tədbirdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib