CORC BUŞ YAPONİYANI ABŞ-IN ƏN YAXIN MÜTTƏFİQİ HESAB EDİR
C.Buş demişdir: “Bu gün ABŞ-ın Yaponiyadan yaxın müttəfiqi yoxdur. Hökumətlərimiz müharibələr üzündən əzab-əziyyət çəkən ölkələrə sülh gətirmək və ümumi dəyərlər üçün təhlükə yaradan terrorizmə qalib gəlmək üçün kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizədə çiyin-çiyinə fəaliyyət göstərirlər”.
Yaponiyanın baş naziri Dzünitiro Koidzumi Yaponiya ilə ABŞ arasında münasibətlərin dərin və möhkəm olduğunu vurğulayaraq demişdir: “Bizim ittifaqımız təkcə Yaponiyada təhlükəsizliyi təmin etmir, o, həm də Asiya və Sakit okean regionunda sabitliyin və tərəqqinin əsasıdır”. Hər iki lider tərəfdaşlığın inkişaf etdiriləcəyinə ümidvar olduqlarını söyləmiş, Yaponiyanın baş naziri isə bu ölkələr arasındakı münasibətləri mədəniyyətlərarası dostluğun nümunəsi adlandırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]