COVID-19: Fransada son sutkada koronavirusa 31 519 yeni yoluxma qeydə alınıb
Paris, 25 fevral, AZƏRTAC
Fransada son sutkada COVID-19 infeksiyasına 31 519 yeni yoluxma və 278 ölüm faktı qeydə alınıb. Koronavirus qurbanlarının ümumi sayı 85 347-yə çatıb.
AZƏRTAC xəbər verir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat yayıb. Bildirilir ki, xəstəxanalarda 25 614 koronavirus xəstəsi var. Reanimasiya şöbələrində 3436 ağır xəstə intensiv müalicə olunur. Reanimasiya şöbələrinə son 24 saatda 345 yeni xəstə daxil olub. Xəstəxanalarda çarpayı çatışmazlığı olduğu bildirilir.
Ölkədə ondan çox departamentdə epidemik vəziyyətin ağırlaşdığı qeyd edilir. Yeni yoluxma sayının artması Britaniya ştammının geniş yayılmasının nəticəsi olduğu deyilir.
Yeni məhdudiyyət formalarının və qadağaların qaçılmaz olduğu vurğulanır. Ölkədə bəzi şəhərlərdə həftə sonu karantinin tətbiqinə başlanılıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [14:48]
Türkiyədə məktəbdə baş verən silahlı insidentlə bağlı yayım qadağan olunub
- 22.09.2026 [14:14]
Avropada dizelin bahalaşması Macarıstanda da qiymətlərə təzyiqi artırır
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
DİN müsabiqə elan edir
- [14:26]
Bəzi yerlərdə duman olacaq
- [12:33]
Bu saata olan əsas xəbərlər
- [12:00]