Cüdoçularımız “Masters” turnirində medallar uğrunda mübarizəyə başlayırlar
Bakı, 20 dekabr, AZƏRTAC
Bu gün İsraildə Beynəlxalq Cüdo Federasiyasının təqviminə daxil olan sonuncu yarış - “Masters” turniri start götürür.
AZƏRTAC xəbər verir ki, yarışın ilk günündə təmsilçilərimizdən kişilər arasında Balabəy Ağayev, Kəramət Hüseynov, Turan Bayramov (60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (66 kq), qadınlar arasında isə Leyla Əliyeva (48 kq) medallar uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, Balabəy Ağayev bu il İslam Həmrəyliyi Oyunlarının, “Böyük dəbilqə” turnirinin qalib və mükafatçısı olub. Kəramət Hüseynov isə “Böyük dəbilqə” turnirində bürünc, Turan Bayramov gənclər arasında Avropa çempionatında gümüş medal qazanıb. Yarışda iştirak edən yeganə xanım idmançımız Leyla Əliyeva Avropa açıq turnirində uğurla çıxış edərək üçüncü yerə sahib olub.
Turnirdə 58 ölkədən 350-dən çox cüdoçu iştirak edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib
- 29.09.2026 [12:56]
NTD üç yerli basketbolçu transfer edib
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]
Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır
- 29.09.2026 [11:23]
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
- 29.09.2026 [11:02]
“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]