Cüdoçumuz Məmmədəli Mehdiyev dünya çempionatında mübarizəni dayandırıb YENİLƏNİB
Bakı, 24 sentyabr, AZƏRTAC
Məmmədəli Mehdiyev macarıstanlı Kristian Tota məğlub olaraq dünya çempionatında iştirakını dayandırıb.
10:59
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında 90 kiloqram çəkidə çıxış edən millimizin üzvü Məmmədəli Mehdiyev ilk görüşünü qələbə ilə başa vurub.
AZƏRTAC xəbər verir ki, cüdoçumuz Belarus idmançısı Viktor Kliavusaunu "qızıl xal"la məğlub edərək növbəti mərhələyə adlayıb. Növbəti görüşündə cüdoçumuz macarıstanlı Kristian Toth ilə qarşılaşacaq.