Azərbaycan Dövlət İnformasiya Agentliyi

Culfa rayonunun Gal kəndində yeni sosial obyektlər istifadəyə verilib

Culfa, 30 sentyabr, AZƏRTAC

“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq kəndlərin inkişafı, bu yaşayış məntəqələrində infrastrukturun və sosial xidmətlərin səviyyəsinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Bu gün muxtar respublikanın ən ucqar kəndlərində belə müasir şərait yaradılır. Belə kəndlərdən biri də Culfa rayonundakı gözəl təbiətə malik ucqar dağ kəndlərindən olan Galdır. Uca zirvələrin əhatəsində, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşən bu kənddə geniş quruculuq işləri aparılıb, məktəb binası, kənd və xidmət mərkəzləri inşa olunub.

Gal kənd tam orta məktəbi yeni binada fəaliyyət göstərəcək

Sentyabrın 30-da Gal kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev çıxış edərək deyib ki, muxtar respublikada həyata keçirilən quruculuq tədbirləri Culfa rayonunun kəndlərini də əhatə edib. Hazırda rayonun Saltaq və Qızılca kəndlərində məktəb binası, kənd və xidmət mərkəzləri tikilir. Yeni məktəb binalarının tikilməsi rayonda təhsilin inkişafına səbəb olub, ali məktəblərə qəbulda yüksək nəticələr qazanılıb. 2014-2015-ci tədris ilində rayon məktəblərini bitirən məzunlardan 172-si ali məktəblərə, 33-ü isə orta ixtisas məktəblərinə qəbul olunub. Bu gün Gal kənd tam orta məktəbinin istifadəyə verilməsi də təhsil quruculuğu sahəsində görülən tədbirlərin davamıdır. Şükür Babayev yaradılan şəraitə görə rayon əhalisi adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gal kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, ümummilli liderimiz Heydər Əliyevin “Müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır”, - fikrini diqqətə çatdıraraq deyib: Ölkənin gələcəyini bilmək üçün onun gəncliyinə nəzər salmaq lazımdır. Gələcəyin təminatçıları olan gənc nəsil isə məktəblərdə yetişir. Ona görə də hər bir təhsil ocağında, ailədə gənclərin hərtərəfli hazırlanması diqqət mərkəzində saxlanılmalı, bu məqsədlə ardıcıl tədbirlər görülməlidir.

Ali Məclisin Sədri deyib: Ulu Öndərimizin tövsiyələrinə uyğun olaraq bu gün ölkəmizdə təhsilin inkişafına qayğı göstərilir. Hər il yeni təhsil müəssisələri tikilərək gənclərin istifadəsinə verilir. Bütün bunlar sağlam gənc nəslin yetişdirilməsində vacib şərtdir. Çünki ölkə o zaman inkişaf edir ki, onun təhsilli, vətənpərvər və peşə sahibi olan gəncliyi olsun. Bu gün ölkəmizdə gənclərin hərtərəfli yetişdirilməsi, ailə, cəmiyyət və dövlət üçün yararlı vətəndaş olmaları üçün təhsilin bütün pillələri üzrə hərtərəfli şərait yaradılmışdır. İstər ümumtəhsil məktəblərində, istərsə də peşə, orta ixtisas və ali təhsil müəssisələrində müasir tədris şəraiti vardır.

Ali Məclisin Sədri deyib: Təhsil sahəsində yaradılan şərait müəllim və şagirdlərin üzərinə mühüm vəzifələr qoyur. Şagirdlər yaxşı təhsil almalı, gələcəkdə xalqımız və dövlətimiz üçün yararlı vətəndaş olmalıdırlar. Müəllimlər isə gənclərə yaxşı təhsil verməklə yanaşı, həm də onları vətənpərvər böyütməlidirlər. Məktəbdə dərs prosesi müasir tədrisin tələbləri səviyyəsində qurulmalı, müəllim-şagird münasibətlərində fərdi yanaşmaya üstünlük verilməli, hər bir gəncin marağına və bacarığına uyğun peşə seçiminə köməklik göstərilməlidir. Gal kənd tam orta məktəbində bu işlərin həyata keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Qarşıda duran əsas vəzifə bu şəraitdən düzgün istifadə etməkdən ibarətdir. Çünki bu gün muxtar respublikanın istər şəhər və rayon mərkəzlərində, istərsə də Gal kəndi kimi ucqar yaşayış məntəqələrində tikilən məktəblər bir-birindən fərqlənmir. Bütün məktəb binalarında eyni tədris şəraiti yaradılır, müasir avadanlıqlar quraşdırılır.

Ali Məclisin Sədri kollektivin yaradılan şəraitdən səmərəli istifadə edəcəyinə əminliyini bildirib, məktəb binasının açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, 3 mərtəbəli və 96 şagird yerlik məktəb binasında tədris, idarəetmə, sinifdənxaric məşğələlər, idman və şagirdlərin asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait vardır. Binada 3-ü elektron lövhəli olmaqla 12 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter və müəllimlər otaqları, kitabxana və idman zalı istifadəyə verilib, həyətdə açıq idman qurğuları quraşdırılıb. Kitabxana fondunda 1266 ədəd dərslik və bədii ədəbiyyat vardır.

Kompyuter sinfində şagirdlərin informasiya-kommunikasiya texnologiyaları ilə bağlı biliklərə yiyələnmələri üçün lazımi imkanlar yaradılıb, kompyuterlər internetə qoşulub və elektron dərsliklərlə təmin edilib.

Elektron lövhəli sinifdə Gal kənd tam orta məktəbi də daxil olmaqla muxtar respublikanın 203 ümumtəhsil məktəbi ilə Naxçıvan Dövlət Tarix Muzeyi arasında distant dərs keçirilib.

Məktəbdə tədris zamanı nəzəri biliklərlə yanaşı, təcrübi məşğələlərə də üstünlük verilir. Kimya-biologiya və fizika laboratoriyaları əyani tədris vasitələri və elektron təcrübə avadanlıqları ilə təchiz edilib. Fizika laboratoriyasında quraşdırılan elektron lövhə vasitəsilə keçilən mövzulara dair elektron dərsliklərdən və internet resurslarından istifadə etmək mümkündür.

Təhsil ocağında məktəblilərin fiziki hazırlığı da diqqət mərkəzində saxlanılacaqdır. İdman zalında mini futbol, basketbol və digər idman növləri ilə məşğul olmaq üçün şərait vardır.

Muxtar respublikanın ümumtəhsil məktəblərində çağırışaqədərki hərbi hazırlıq fənninin tədrisi üçün bütün imkanlar yaradılır, hərbi kabinələr istifadəyə verilir. Gal kənd tam orta məktəbinin hərbi kabinəsində də plakatlar, stendlər və digər əyani vəsaitlər qoyulub.

Müəllimlərlə görüşən Ali Məclisin Sədri deyib: İnsan o zaman cəmiyyət üçün yararlı olur ki, o, başqalarına fayda versin. Gənclərin hərtərəfli yetişdirilməsi, ölkəmiz üçün yararlı vətəndaşlar kimi böyüdülməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu gün Gal kənd tam orta məktəbində yaradılan şərait müasir tədrisin tələbləri səviyyəsindədir. Bu şəraitdən səmərəli istifadə olunmalı, şagirdlər yaxşı təhsil almalı, gələcəkdə peşə sahibi olmalıdırlar.

Gənc müəllim Vüsal Abbasov yaradılan şəraitə görə minnətdarlıq edərək deyib: Bu gün ölkəmizdə təhsilin inkişafı sahəsində görülən işlər, istifadəyə verilən yeni məktəblər şagirdlərlə yanaşı biz gənc müəllimləri də sevindirir. Mən bu il Naxçıvan şəhərində keçirilən təhsil yarmarkasında iştirak edərək Gal kənd tam orta məktəbinə təyinat almışam. Hazırda məktəbdə coğrafiya fənnini tədris edirəm. Məktəb binasının müasir maddi-texniki bazası dərslərin mütərəqqi metodlar əsasında keçirilməsinə imkan verir. Müasir məktəbdə işlə təmin olunmaq, çalışmaq gənc müəllim kimi həm mənim, həm də pedaqoji kollektivin məsuliyyətini daha da artırır. Vüsal Abbasov göstərilən qayğı və etimadın müqabilində daha səylə çalışacaqlarına, vətənpərvər və bilikli gənclər yetişdirəcəklərinə söz verib.

Məktəbin həyətində də geniş abadlıq işləri görülüb.

Galda Kənd mərkəzi istifadəyə verilib

Muxtar respublikanın müasir kənd modelinin əsas səciyyəvi xüsusiyyətlərindən biri olan Kənd mərkəzləri vasitəsilə yaşayış məntəqələrində vahid idarəetmə sistemi formalaşdırılır.

Sentyabrın 30-da Galda yeni Kənd mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kənd mərkəzinin açılışını bildirən lenti kəsib və binada yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, iki mərtəbədən ibarət olan Kənd mərkəzində bələdiyyə və inzibati ərazi dairəsi üzrə nümayəndəlik üçün müasir iş otaqları ayrılıb, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, rabitə evi, feldşer-mama, polis sahə və baytarlıq məntəqələri, kitabxana, klub və iclas zalı istifadəyə verilib.

Mərkəzin kitabxanası zəngin fondu ilə diqqəti cəlb edir. Burada 6 mindən çox kitab vardır. Kitabxanada bədii ədəbiyyatla yanaşı, kənd həyatını əks etdirən, təsərrüfat sahələrinin inkişafı ilə bağlı onlarla elmi-publisistik materiallar da əldə etmək mümkündür.

Baytarlıq məntəqəsinə baxış zamanı qeyd olunub ki, kəndin geniş əkinəyararlı torpaqları və otlaq sahələri vardır. Torpaqlardan səmərəli istifadə olunması diqqət mərkəzində saxlanılır, fərdi təsərrüfatlar genişləndirilir. Bütün bunlar baytarlıq xidmətinin günün tələbləri səviyyəsində təşkilini zəruri edir. Ona görə də mərkəzdə xidmətin nümunəvi təşkili üçün hərtərəfli şərait yaradılıb, baytarlıq məntəqəsi lazımi dərman vasitələri ilə təmin edilib.

Yeni Azərbaycan Partiyası Gal kənd ərazi ilk təşkilatının sədri Təhminə Şəkərəlisoy minnətdarlıq edərək deyib ki, ərazi ilk təşkilatının üzvləri kəndin ictimai-mədəni həyatında fəal iştirak edirlər. Kənd ictimaiyyətinin nümayəndələri, gənclər Ulu Öndər Heydər Əliyevin siyasi xəttinə daim sədaqət göstərir, partiya üzvlərinin sayı ilbəil artır. Kənd mərkəzində yeni iclas zalının və ərazi ilk təşkilatı üçün iş otağının istifadəyə verilməsi daha səmərəli fəaliyyət göstərməyə imkan verəcəkdir. Bundan sonra da səylə çalışacaq, aparılan abadlıq-quruculuq işlərində yaxından iştirak edəcəyik.

Rabitə evində 384 yerlik yeni ATS quraşdırılıb, poçt bölməsi fəaliyyətə başlayıb.

Əhalinin sağlamlığının qorunması muxtar respublikada həyata keçirilən sosial tədbirlərin əsasını təşkil edir. Hər il yaşayış məntəqələrində müasir tibb ocaqları tikilərək istifadəyə verilir, səhiyyə xidmətinin səviyyəsi yaxşılaşdırılır. Gal kəndində müasir avadanlıqlarla təchiz edilən feldşer-mama məntəqəsinin istifadəyə verilməsi də bunu bir daha təsdiq edir. Məntəqə müdir, mama və manipulyasiya otaqlarından ibarətdir.

Ali Məclisin Sədri kənddə səhiyyə xidmətinin təşkili ilə maraqlanıb, müvafiq tapşırıqlar verib.

Binanın həyəti də abadlaşdırılıb, yaşıllıqlar salınıb.

Kənddə yeni Xidmət mərkəzi fəaliyyətə başlayıb

Ucqar dağ kəndlərində yaşayan sakinlərin zəruri məişət tələbatlarının yerində ödənilməsi vacib məsələdir. Muxtar respublikanın yaşayış məntəqələrində istifadəyə verilən Xidmət mərkəzləri bu mənada mühüm əhəmiyyət kəsb edir.

Həmin gün Galda yeni Xidmət mərkəzi də istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını edib.

Məlumat verilib ki, əvvəllər kənd sakinləri gündəlik ərzaq və təsərrüfat mallarına olan tələbatlarını ödəmək üçün rayon mərkəzinə və digər kəndlərə üz tuturdular. Bu da vaxt itkisinə və əlavə xərcə səbəb olurdu. Lakin yeni Xidmət mərkəzinin istifadəyə verilməsi ilə bu problem öz həllini tapıb. Mərkəzdə ərzaq-sənaye malları mağazası və bərbərxana fəaliyyətə başlayıb, 2 nəfər işlə təmin olunub.

Sonra Ali Məclisin Sədri kənd sakinləri ilə görüşüb.

Kənd ağsaqqalı Qadir Həsənov sakinlər adından minnətdarlıq edərək deyib: Gal kəndində heç vaxt müasir məktəb binası, kənd və xidmət mərkəzləri olmamışdı. Lakin bu il aparılan quruculuq işləri kəndin simasını dəyişib, əhalinin rahatlığına xidmət edən müasir infrastruktur yaradılıb, yeni iş yerləri açılıb. Yeni məktəb binasının, kənd və xidmət mərkəzlərinin tikilməsi sakinlərin böyük sevincinə səbəb olub. Artıq dağların əhatəsində yerləşən bu kənddə yaşamaq, təsərrüfatla məşğul olmaq xeyli asanlaşıb. İnsanlar dövlətin yaratdığı imkanlardan istifadə edərək təsərrüfatlarını genişləndirir, gün-güzəranlarını yaxşılaşdırırlar. Bu şərait, göstərilən qayğı ulu öndər Heydər Əliyevin siyasi xəttinin bəhrəsidir. Ölkəmizdəki sabitliyin, dinamik inkişafın daha bir ifadəsidir. Sakinlər bütün bunların qədrini bilərək bundan sonra da səylə çalışacaq, ölkəmizin, eləcə də muxtar respublikanın inkişafında yaxından iştirak edəcəklər.

Ali Məclisin Sədri deyib ki, Gal muxtar respublikanın səfalı təbiəti və geniş təsərrüfat imkanlarına malik olan kəndlərindən biridir. Ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən Azərbaycanda torpaq islahatına ilk dəfə Gal və Şurud kəndlərində başlanılıb, təsərrüfatlar özəlləşdirilibdir. Gal kəndinin ərazisi heyvandarlığın, o cümlədən arıçılığın inkişaf etdirilməsi üçün çox əlverişlidir. Kənddəki bütün mənzillər daimi elektrik enerjisi, qaz və içməli su ilə təmin olunur. Əhaliyə keyfiyyətli rabitə xidməti göstərilir. Həyata keçirilən bu tədbirlər sakinlərin rahat yaşamasına xidmət edir. Bunun müqabilində isə sakinlər yaradılanları qorumalı, onlardan səmərəli istifadə etməli, təsərrüfatları genişləndirməli, kənddə bol məhsul istehsal olunmalıdır.

x x x 

Gal kəndinin yolları da abadlaşdırılıb, 14 kilometr məsafəyə çınqıl örtük verilib, 1 selötürücü və 56 su keçidi tikilib, kənd daxilində 300 metrlik beton kanal çəkilib. Kəndin elektrik, rabitə, su və təbii qaz təchizatı da yaxşılaşdırılıb, 2100 metr elektrik, 1310 metr rabitə, 650 metr fiber-optik kabel xətti çəkilib, yeni tikililər qazlaşdırılıb. Kənddəki mövcud artezian quyusunda və “Anabat” kəhrizində də təmir-bərpa işləri aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir