DAHA BİR AMNİSTİYA AKTI TƏTBİQ EDİLƏ BİLƏR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Milli Məclisin sədri Murtuz Ələsgərov müraciətə müsbət münasibət bildirmişdir. Parlamentin sədri demişdir ki, ümummilli liderimiz Prezident Heydər Əliyev tərəfindən dəfələrlə verilmiş əfv fərmanları, eləcə də amnistiya aktları ilə çoxlu sayda məhbus azadlığa buraxılmışdır. Prezident İlham Əliyev də son bir neçə ay ərzində iki əfv fərmanı imzalamaqla yüzlərlə insanı azad etmişdir. Ümummilli liderimiz Heydər Əliyevin ad günü ilə bağlı amnistiya haqqında yeni qanun layihəsinin hazırlanması təklifi də təqdirəlayiqdir. Amnistiya aktı daha geniş sahəni əhatə edir. Bunu nəzərə alaraq Milli Məclis öz səlahiyyətləri daxilində belə bir qanunu qəbul edə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]