Daha iki ölkə Şengen zonasına qoşulub
Buxarest, 31 mart, AZƏRTAC
Bolqarıstan və Rumıniya martın 31-dən etibarən Şengen zonasına rəsmən qoşulub. Lakin bu, hələlik qismən olacaq. Müvafiq qaydalar hava və dəniz nəqliyyatı ilə səyahət edən sərnişinlərə şamil ediləcək. Bazar ertəsi hər iki ölkə öz Şengen vizalarını verməyə başlayacaq.
Yerüstü keçid məntəqələrində sərhədi keçərkən pasport nəzarəti hələ də qalacaq. Hər iki ölkə sərhəd nəzarətini gücləndirəcək və ərazilərində sığınacaq tələblərinə baxacaqlarına söz veriblər.
Qeyd edək ki, Bolqarıstan və Rumıniya 2007-ci ildə Aİ-yə qoşulublar. 2011-ci ildə Avropa Komissiyası Şengenə qoşulmağa texniki cəhətdən hazır olduqları qənaətinə gəlib. Lakin 2023-cü ilin dekabrına qədər heç bir siyasi qərar verilməyib. Avstriya bu qərara qəti şəkildə qarşı çıxan ölkələr sırasında idi. 2022-ci ildə Avstriya Hollandiya ilə birlikdə bu iki ölkənin Şengen zonasına daxil olmasına veto qoyub. 2023-cü ildə Xorvatiya Şengen məkanına daxil olub, amma bu iki ölkə yenə də Şengen zonasının xaricində qalıb. Uzun siyasi çəkişmələrdən sonra hər iki ölkənin dəniz və hava nəqliyyatı ilə Şengenə daxil olması barədə razılığa gəlinib. Yerüstü nəqliyyatla bağlı qərar isə sonraya saxlanılıb. Ekspertlərin fikrincə, bu ilin sonuna kimi hər iki ölkə yerüstü nəqliyyatla da Şengen məkanına daxil olacaq.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]