DAİMİ KOMİSSİYALARIN BİRGƏ İCLASINDA
İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova bildirmişdir ki, gündəliyə ikinci oxunuşda gender bərabərliyinin təminatları haqqında qanun layihəsi daxildir.
Layihə barədə Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi müdirinin müavini – insan hüquqları üzrə qanunvericilik sektorunun müdiri Kamran Şəfiyev məlumat vermiş, layihənin birinci oxunuşda Milli Məclisdə müzakirəsindən sonra nəzərə alınmış təkliflər barədə danışmışdır.
Bildirilmişdir ki, layihə ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində kişi və qadınların bərabər imkanlarının təmin edilməsi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Deputatların, mütəxəssislərin fikirləri dinlənildikdən sonra qeyd və təkliflər nəzərə alınmaqla, qanun layihəsinin ikinci oxunuşda Milli Məclisin müzakirəsinə verilməsi barədə qərar qəbul edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [11:47]
Azərbaycan Prezidenti: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
- 10.10.2026 [20:45]