DAMAZLIQ CİNS HEYVANLARIN SAYI ARTARAQ 1500 BAŞA ÇATMIŞDIR
Bakı, 5 oktyabr (AZƏRTAC). Dövlət vəsaiti hesabına Almaniyadan ölkəmizə gətirilən 770 baş damazlıq cins heyvan artaraq artıq 1500 başa çatmışdır.
Bunu Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Çingiz Fərəcov demişdir. Onun sözlərinə görə, heyvanlarda süd məhsuldarlığı da artmışdır. Əgər ilk dövr üçün inəklər sutkada 20-25 litr süd verirdilərsə, artıq bu göstərici gündə 24-27 litrdir. İkinci və üçüncü laktasiya dövründə məhsuldarlığın 35-40 litrə qədər artacağı gözlənilir. “Heyvanların saxlanma və bəslənməsinə ciddi nəzarət edilir”, - deyən şöbə müdiri onların yerli şəraitə uyğunlaşma prosesinin uğurla başa çatdığını söyləmişdir.
Lakin bəzi təsərrüfatlarda zootexniki qaydalara əməl edilməməsi də qeydə alınmışdır. Ç.Fərəcov işində nöqsana yol verən bir neçə baytarın və zootexnikin nazirlik tərəfindən artıq işdən azad olunduğunu da diqqətə çatdırmışdır.
Xatırladaq ki, bu ilin əvvəlində ölkəmizə gətirilən cins heyvanlara 3 milyon manat vəsait xərclənmişdir.
Ümumiyyətlə, 2008-ci ildən başlayan Dövlət Proqramına əsasən hər il 5-8 min baş olmaqla, 2015-ci ilədək ölkəmizə 40 min baş qaramalın gətirilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]