Danimarka Ukraynada infrastrukturun bərpasına 22,2 milyon dollar ayırıb
Bakı, 13 yanvar, AZƏRTAC
Danimarka hökuməti Kiyevə daha bir yardım paketi təqdim etdiyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, krallığın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, yardım Ukraynada infrastrukturun bərpasına - elektrik və istilik təchizatının təmin edilməsinə, həmçinin minaların aşkarlanmasına və zərərsizləşdirilməsinə yönəlib.
Bu, müdafiə sahəsi, vətəndaş cəmiyyəti və özəl sektora dəstək üçün Ukrayna Fondu çərçivəsində ayrılan üçüncü yardım paketidir. Paketin həcmi 151 milyon krondur (22,2 milyon dollar).
Qeyd edək ki, Danimarka Ukraynaya ən böyük dəstək göstərən ölkələrdən biridir. Yeni paket nəzərə alınarsa, Kopenhagen indiyədək Kiyevə 30,95 milyard kron (4,5 milyard dollar) yardım ayırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]
Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb
- 09.10.2026 [11:06]