DAŞKƏNDDƏ GÜLƏŞ ÜZRƏ BEYNƏLXALQ TURNİR BAŞA ÇATMIŞDIR
Daşkənd, 18 aprel (AZƏRTAC). Daşkənddəki “Özbəkistan” idman kompleksində yunan-Roma və sərbəst güləş üzrə beynəlxalq turnir başa çatmışdır.
Yarışmada dünyanın 20 ölkəsindən gəlmiş 100-dən artıq idmançı iştirak etmişdir.
Yunan-Roma güləşi üzrə Azərbaycan komandasının üzvü Sakit Cəlilov 60 kiloqram çəki dərəcəsində qızıl medal almış, 66 və 55 kiloqram çəki dərəcələrində müvafiq olaraq Qədir Süleymanov və Emin Əhmədov gümüş və bürünc medallar qazanmışlar.
Sərbəst güləş üzrə komandamızın üzvü Camal Maqomedov isə 96 kiloqram çəki dərəcəsində bürünc medal almışdır.
Turnirin hakimləri arasında Azərbaycandan gəlmiş beynəlxalq dərəcəli hakim Əjdər Cəfərov da olmuşdur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]
Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib
- 15.10.2026 [10:24]
Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib
- 15.10.2026 [10:20]