Daşkəsəndə 15-ci ənənəvi Kitab bayramı keçirilib







Daşkəsən, 22 may, Vüsalə Cənnətova, AZƏRTAC
Daşkəsəndə “Konstitusiya və Suverenlik İli”nə həsr olunan 15-ci ənənəvi Kitab bayramı keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, ictimai-mədəni tədbirdə müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın həyat və fəaliyyətindən bəhs edən kitablar, milli nəşr mədəniyyətimizdən nümunələr, Azərbaycan klassiklərinin və çağdaş ədəbiyyatımız, eləcə də dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri, daşkəsənli yazarların nəşrləri sərgilənib.
Tədbir iştirakçıları kitablardan və əl işlərindən ibarət sərgilərə baxıblar. Kitab bayramının keçirilməsinin əhəmiyyətindən söz açılıb. Vurğulanıb ki, əsas məqsəd mütaliəyə diqqətin artırılması, yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsidir.
Yaradıcı kollektivlərin ifasında rəngarəng kompozisiyalar, bədii qiraət nümunələri, mahnı və rəqslər nümayiş olunub.