Daşkəsəndə keçirilən növbəti aksiyada 1500-dən çox ağac əkilib
Daşkəsən, 14 aprel, Vüsalə Cənnətova, AZƏRTAC
Daşkəsən rayonunda “Konstitusiya və Suverenlik İli”nə həsr olunan ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, ağacəkmə aksiyasında rayon icra hakimiyyətinin rəhbərliyi, ictimaiyyət fəalları, rayon sakinləri, gənc könüllülər iştirak ediblər. Müxtəlif ərazilərə yerli iqlim şəraitinə uyğun 1500-dən çox müxtəlif növ meyvə və dekorativ ağac əkilib, aqrotexniki qulluq göstərilib.
Ağacəkmə aksiyalarının il ərzində davam etdiriləcəyi bildirilib.