DAŞQINLAR NƏTİCƏSİNDƏ EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİNƏ MƏXSUS YEDDİ QURĞU SU ALTINDA QALMIŞDIR
Sabirabad, 10 iyun (AZƏRTAC). Daşqınlar nəticəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus 7 qurğu da su altında qalmışdır. Bunu jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov demişdir.
Onun sözlərinə görə, həmin qurğular tezliklə bərpa ediləcəkdir. Hələlik kəndlərdə əlavə su qurğuları quraşdırılır. Bu qurğular sınaq rejimində fəaliyyət göstərir. Göygöl və Samux rayonlarından başlayaraq ehtiyac olan bütün kəndlərdə belə qurğular quraşdırılır. Sabirabad rayonunda əhalini içməli su ilə təmin etmək üçün iki belə qurğu işləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]