David Zalkaliani: Qələbəyə aparan ən yaxşı yol bir-birinə dəstəkdir
Tbilisi, 15 aprel, AZƏRTAC
Bakı şəhərində, Heydər Əliyev Mərkəzinin binası üzərinə Gürcüstanın bayrağı videoproyeksiya olundu. Biz bu dəstəyə görə Azərbaycan Prezidentinə və xalqına minnətdarıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani özünün “Twitter” səhifəsində yazıb.
D.Zalkaliani Azərbaycanın koronavirusla mübarizədə Gürcüstana göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
Gürcüstanın xarici siyasət idarəsinin rəhbəri yazır: “Bizə göstərdiyi güclü dəstəyə görə Azərbaycana təşəkkür edirik.
Qələbəyə aparan ən yaxşı yol bir-birinə doğru uzadılan dostluq əlləridir”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]