Azərbaycan Dövlət İnformasiya Agentliyi

Davos-2026: Azərbaycanın regional çərçivələri aşan qlobal aktora çevrilməsi - Təhlil

Davos-2026: Azərbaycanın regional çərçivələri aşan qlobal aktora çevrilməsi - Təhlil

Bakı, 26 yanvar, AZƏRTAC

İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun illik toplantısı bir daha göstərdi ki, qlobal proseslər artıq yalnız ənənəvi böyük güclərin iradəsi ilə formalaşmır. Beynəlxalq münasibətlər sistemində dərin transformasiya baş verir, güc balansları dəyişir, regional aktorların rolu kəskin şəkildə artır. Məhz bu mürəkkəb və qeyri-müəyyən beynəlxalq mühitdə Azərbaycan Prezidenti İlham Əliyevin Davos Forumunda iştirakı ölkənin artıq regional çərçivələri aşan, qlobal gündəlikdə söz sahibi olan siyasi aktora çevrildiyini göstərir. Azərbaycanın Davosdakı təmsilçiliyi formal iştirakdan kənara çıxaraq konkret siyasi, geosiyasi və institusional məzmun qazandı. Prezident İlham Əliyevin çoxsaylı yüksəksəviyyəli görüşləri, panel müzakirələrdə səsləndirdiyi mövqelər, beynəlxalq media ilə təmasları və ən əsası qlobal sülh təşəbbüslərində iştirakı Azərbaycanın beynəlxalq sistemdə yeni statusunu aydın şəkildə ortaya qoydu. Bu status artıq “postmünaqişə ölkəsi” anlayışı ilə məhdudlaşmır, əksinə sülh yaradan, bağlantılar quran və geosiyasi sabitliyə töhfə verən aktor statusunda olmasının göstəricisidir.

Bu sözlər beynəlxalq hüquq üzrə ekspert Kəramət Qənbərovun “Davos-2026: Azərbaycanın regional çərçivələri aşan qlobal aktora çevrilməsi” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Postmünaqişə mərhələsindən qlobal sülh gündəliyinə keçid

Davos-2026-nın əsas siyasi hadisələrindən biri ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurasının Nizamnaməsi”nin imzalanması oldu. Prezident İlham Əliyevin bu mərasimdə iştirak etməsi və Azərbaycanın təsisçi üzv qismində yer alması xüsusi diqqət çəkdi. Uzun illər müharibə və işğal şəraitində yaşamış bir ölkənin bu gün qlobal sülh mexanizminin qurucuları sırasında yer alması Azərbaycanın keçdiyi siyasi yolun məntiqi nəticəsi kimi qiymətləndirilə bilər. Bu addım həm də onu göstərdi ki, Azərbaycan artıq beynəlxalq təhlükəsizlik və sülh arxitekturasında yalnız obyekt deyil, subyekt kimi çıxış edir. Bir məsələ də xüsusi qeyd olunmalıdır ki, Donald Trampın Prezident İlham Əliyevə Sülh Şurasında təsisçi roluna görə təşəkkür etməsi, sadəcə, protokol xarakterli jest deyil, siyasi mesaj daşıyan açıq mövqedir. Bu təşəkkür bir neçə məqamı ifadə edir:

Birincisi, Azərbaycan artıq beynəlxalq sülh təşəbbüslərində iştirakçı deyil, təşəbbüsün qurucularından biri kimi qəbul olunur. “Təsisçi rol” anlayışı ölkənin bu platformada passiv tərəf deyil, konseptual və siyasi məsuliyyət daşıyan aktor olduğunu göstərir. İkincisi, bu təşəkkür ABŞ tərəfindən Azərbaycanın postmünaqişə dövründə tutduğu xəttə verilən siyasi etimadın ifadəsidir. Üçüncüsü, D.Trampın bu mövqeyi Bakı–Vaşinqton münasibətlərində yeni mərhələnin siyasi siqnalı kimi də oxunur. ABŞ Prezidenti faktiki olaraq Azərbaycanı regional sabitliyə töhfə verən və qlobal təhlükəsizlik gündəliyində etibarlı tərəfdaş kimi təqdim edir. Bu isə Cənubi Qafqazla bağlı ABŞ-ın strateji baxışında Azərbaycanın mərkəzi rol oynadığını göstərir. Nəhayət, bu təşəkkür İlham Əliyevin apardığı siyasətin - müharibədən sonra sülhə, qarşıdurmadan əməkdaşlığa yönəlmiş xəttin - beynəlxalq legitimlik qazandığını təsdiqləyir. Yəni məsələ təkcə diplomatik nəzakət deyil, siyasi mövqenin tanınmasıdır.

Daha sonra Prezident İlham Əliyevin Davosda Donald Trampla ayrıca görüşü də forumun siyasi çəkisini daha da artırdı. Azərbaycan Prezidentinə göstərilən xüsusi diqqət rəsmi Vaşinqtonun regionla bağlı prioritetlərini açıq şəkildə ortaya qoydu. Bu görüş zamanı ötən ilin avqustunda Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında ABŞ Prezidentinin rolunun vurğulanması təsadüfi deyildi. Bu fakt Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşma prosesinin artıq qlobal siyasi gündəliyin tərkib hissəsinə çevrildiyini təsdiqlədi.

Prezident İlham Əliyevin Davosda verdiyi mesajlar

Prezident İlham Əliyevin Davosda verdiyi mesajların mərkəzində Cənubi Qafqazda formalaşmış yeni reallıq dayanırdı. Dövlətimizin başçısı açıq şəkildə bildirdi ki, regionda de-fakto sülh artıq mövcuddur və sülh yalnız siyasi bəyanatlarla deyil, konkret iqtisadi nəticələrlə müşayiət olunur. Azərbaycandan Ermənistana neft məhsullarının ixracı, idxal olunan taxılın Azərbaycan ərazisi vasitəsilə çatdırılması, yükdaşımalarla bağlı məhdudiyyətlərin aradan qaldırılması bir neçə il əvvəl mümkün olmayan reallıqlar idi. Bu proseslər sülhün abstrakt anlayış olmadığını, real iqtisadi fayda yaradan mexanizmə çevrildiyini göstərir.

Davos Forumunda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel müzakirə Prezident İlham Əliyevin regional və qlobal baxışlarını beynəlxalq auditoriyaya təqdim etdiyi əsas platformalardan biri oldu. Dövlətimizin başçısı bu paneldə Avrasiyanı rəqabət meydanı deyil, əməkdaşlıq məkanı kimi təqdim etdi və Azərbaycanın bu məkanın mərkəzində yerləşən etibarlı bağlantı ölkəsi olduğunu vurğuladı. Onun çıxışı göstərdi ki, Bakı öz geosiyasi mövqeyini təsadüfi üstünlük deyil, strateji resurs kimi qiymətləndirir.

Prezidentin fikirlərində xüsusi yer alan məqamlardan biri Azərbaycanın qonşu ölkələrlə qurduğu münasibətlərin xarakteri idi. Türkiyə ilə müttəfiqlik, Gürcüstanla strateji tərəfdaşlıq, Mərkəzi Asiya ölkələri ilə genişlənən əməkdaşlıq və Ermənistanla sülhə əsaslanan yeni münasibətlər modeli Azərbaycanın regional siyasətinin əsas sütunlarını təşkil edir. TRIPP layihəsi və Zəngəzur dəhlizi perspektivi bu kontekstdə yalnız nəqliyyat marşrutları deyil, Avrasiyada yeni iqtisadi və siyasi əlaqələr sisteminin formalaşmasının alətləri kimi təqdim olundu. Bu yanaşma Azərbaycanın regional liderlik modelinin mahiyyətini də aydınlaşdırır. Bakı güc balansını pozan və qarşıdurmanı dərinləşdirən siyasət yerinə, qarşılıqlı asılılıq və iqtisadi inteqrasiya üzərində qurulan modeli təklif edir. Marşrutların çoxluğu, alternativlərin yaradılması və tranzit imkanlarının genişləndirilməsi Prezident İlham Əliyevin vurğuladığı kimi, bütün tərəflərin maraqlarına cavab verir. Bu isə Azərbaycanı regionda etibarlı və proqnozlaşdırılan tərəfdaş kimi möhkəmləndirir.

Azərbaycanın yeni iqtisadi mövqelənmə strategiyası

Davos Forumunda Prezident İlham Əliyevin fəaliyyəti təkcə siyasi və geosiyasi mesajlarla məhdudlaşmadı. Forum, eyni zamanda, Azərbaycanın yeni iqtisadi mərhələyə keçidinin, investisiya strategiyasının və qlobal iqtisadi transformasiyaya uyğunlaşma modelinin təqdim olunduğu mühüm platformaya çevrildi. Bu baxımdan Davos görüşləri Azərbaycanın artıq yalnız enerji ixracatçısı kimi deyil, kompleks iqtisadi aktor kimi çıxış etdiyini açıq şəkildə göstərdi.

Prezident İlham Əliyevin “Euronews” telekanalının təşkil etdiyi “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” formatında çıxışı ölkənin iqtisadi prioritetlərinin beynəlxalq auditoriyaya birbaşa və açıq şəkildə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb etdi. Dövlətimizin başçısı bu çıxışında Azərbaycanın uzun illər enerji sektoruna əsaslanan inkişaf modelinin artıq yeni mərhələyə qədəm qoyduğunu bildirdi. Neft və qaz layihələrinin böyük hissəsinin tamamlanması ölkəyə iqtisadi dayanıqlıq qazandırmaqla yanaşı, yeni sahələrə fokuslanmaq üçün strateji imkanlar yaradıb. Bu kontekstdə qeyri-enerji sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi əsas prioritet kimi təqdim olundu. Davosda səsləndirilən investisiya mesajları aydın və konkret idi. Prezident İlham Əliyev xarici sərmayədarlar üçün dörd əsas istiqaməti xüsusi vurğuladı- bərpaolunan enerji, mədənçilik, süni intellekt və məlumat mərkəzləri. Bu seçim təsadüfi deyil və Azərbaycanın resursları ilə qlobal iqtisadi trendlərin kəsişməsində formalaşır. Bərpaolunan enerji sahəsində artıq iki iri stansiyanın istismara verilməsi, 2032-ci ilə qədər Günəş və külək enerjisi üzrə 8 giqavatlıq gücün əldə olunması planı Azərbaycanın regional enerji xəritəsində yeni rolunu formalaşdırır. Bu strategiya ölkəni təkcə enerji istehsalçısı deyil, həm də yaşıl enerjinin ixracatçısı kimi mövqeləndirir.

Məlumat mərkəzləri və süni intellekt infrastrukturu sahəsində Azərbaycanın üstünlükləri Davos platformasında açıq şəkildə əsaslandırıldı. Ucuz və stabil enerji, artıq mövcud olan, lakin ötürmə imkanları səbəbindən istifadə olunmayan elektrik gücü, eləcə də yaxın illərdə artacaq əlavə enerji ehtiyatları Azərbaycanı regionda unikal mövqeyə gətirir. Qlobal miqyasda enerji çatışmazlığının artdığı, məlumat mərkəzlərinin isə yüksək enerji tutumlu sahələrə çevrildiyi bir dövrdə bu üstünlüklər strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin bu sahəni xüsusi vurğulaması Azərbaycanın qlobal rəqəmsal iqtisadiyyatın tələblərinə uyğunlaşmaq niyyətinin göstəricisidir.

Mədənçilik sahəsi də Azərbaycanın yeni iqtisadi gündəliyində mühüm yer tutur. İşğaldan azad edilmiş ərazilərdə yerləşən nadir metallar ehtiyatları uzun müddət istifadə olunmamış potensial idi. Davosda səsləndirilən mövqeyə görə, bu sahədə artıq müasir texnologiyalar əsasında tədqiqat mərhələsi aparılır və məqsəd sovet dövründən qalmış köhnə məlumatların yerinə dəqiq və şəffaf potensial xəritəsinin formalaşdırılmasıdır. Bu yanaşma xarici investorlar üçün risklərin azaldılması və uzunmüddətli əməkdaşlıq üçün əsas şərt kimi qiymətləndirilə bilər.

Forum çərçivəsində keçirilən çoxsaylı ikitərəfli görüşlər Azərbaycanın iqtisadi diplomatiyasının praktiki nəticələrini nümayiş etdirdi. Aparıcı maliyyə institutları və qlobal investisiya şirkətlərinin rəhbərləri ilə aparılan danışıqlar Azərbaycanın makroiqtisadi sabitliyinə və fiskal intizamına olan yüksək etimadı təsdiqlədi. Xüsusilə Dövlət Neft Fondunun qlobal maliyyə bazarlarında etibarlı tərəfdaş kimi qəbul edilməsi və iri aktiv idarəedicilərlə əməkdaşlığın genişləndirilməsi ölkənin suveren sərvətlərinin yeni mərhələdə idarə olunacağını göstərir. Bu, klassik portfel yanaşmasından real sektor və yüksək texnoloji aktivlərə keçidin başlanğıcı kimi qiymətləndirilir.

Azərbaycanın qlobal iqtisadi və siyasi transformasiya proseslərinə uyğunlaşması

Davosda aparılan müzakirələr Azərbaycanın nəqliyyat və logistika sahəsindəki strateji mövqeyini də iqtisadi kontekstdə gücləndirdi. Artan yük həcmləri, alternativ marşrutlara olan tələbat və Avropa ilə Mərkəzi Asiya arasında təhlükəsiz bağlantı ehtiyacı Azərbaycanın rolunu daha da önə çıxarır. Limanların, dəmir yollarının və digər infrastrukturun genişləndirilməsi ilə bağlı planlar göstərir ki, Bakı bu prosesi qısamüddətli tranzit gəlirləri deyil, uzunmüddətli regional inteqrasiya prizmasından qiymətləndirir. Bütün bu iqtisadi mesajlar Davos Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi əsas siyasi tezislərlə üzvi şəkildə tamamlanır. Azərbaycan sülh gündəliyini iqtisadi əməkdaşlıqla möhkəmləndirməyi, regional sabitliyi qarşılıqlı asılılıq mexanizmləri ilə davamlı hala gətirməyi hədəfləyir. Ermənistanla normallaşma prosesində iqtisadi əlaqələrin ilk real nəticələrinin ortaya çıxması bu modelin işlək olduğunu göstərir. Bu, region üçün yeni təhlükəsizlik modelinin konturlarını formalaşdırır, hərbi qarşıdurmaya deyil, iqtisadi maraqlara əsaslanan sabitlik.

Davos Forumunda Azərbaycan qlobal iqtisadi və siyasi transformasiya proseslərinə uyğunlaşan və bu proseslərə töhfə verən aktor kimi çıxış etdi. Prezident İlham Əliyevin təqdim etdiyi baxış Azərbaycanın yaxın illərdə regional liderlikdən qlobal əlaqələndirici roluna doğru irəlilədiyini göstərir. Sülh təşəbbüsləri, investisiya prioritetləri və iqtisadi diplomatiya bir-birini tamamlayaraq Azərbaycanın beynəlxalq sistemdə yeni və daha güclü mövqeyinin əsaslarını formalaşdırır. Bu baxımdan Davos-2026 Azərbaycan üçün ölkənin qlobal statusunun möhkəmləndiyi strateji mərhələ rolunu oynadı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır