Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib
Bakı, 22 iyul, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə deyilir:
“Əziz həmvətənlər!
Məlum olduğu kimi, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununa əsasən bütün dini mərasimlər yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir.
İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək bildiririk ki, mərasim iştirakçılarının təhlükəsizliyinin, həmçinin yollarda nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün bütün lazımi tədbirlər görülür.
Bu baxımdan, iyulun 19-dan başlayan Məhərrəm ayında, o cümlədən iyulun 28-nə təsadüf edən “Aşura” günündə hər bir şəxsin məscidlərə rahat gediş-gəlişini və dini ayinləri sərbəst, maneəsiz icra etməsi üçün polisin gördüyü işlərə dəstək vermənizi, eyni zamanda, dini mərasimlərdə yetkinlik yaşına çatmayanların iştirakının tövsiyə olunmadığını nəzərə almanızı xahiş edirik.
Hər bir şəxsin həyatının, sağlamlığının, hüquqlarının, qanuni mənafelərinin, bütövlükdə cəmiyyətin dinc həyatının qorunmasına xidmət edən bu müraciəti anlayışla qarşılamağa çağırır və qabaqcadan təşəkkürlərimizi çatdırırıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:18]
İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub
- 15.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 15.06.2026 [17:42]
“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib
- 15.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 15.06.2026 [10:22]
Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO
- 15.06.2026 [08:30]