De Bruyne Messini geridə qoyub
Bakı, 15 fevral, AZƏRTAC
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne məhsuldar ötürmə ilə bağlı göstəricisini bir qədər də yaxşılaşdırıb.
AZƏRTAC xəbər verir ki, ulduz futbolçu Premyer Liqanın XXVII turunda “Lester”lə qarşılaşmada 3 assistlə yadda qalıb. Cari mövsüm meydana çıxdığı 37 görüşdə 11 qol və 18 məhsuldar ötürməyə imza atan belçikalı 2012-ci ilin avqustundan bəri Avropada ən çox qol ötürməsi verən futbolçularının sıralamasında liderliyə yüksəlib. Assist sayını 77-yə çatdıran “şəhərlilər”in lideri bununla “Barselona”nın ulduzu Lionel Messini də geridə qoyub.
Qeyd edək ki, “Mançester Siti”-“Lester” oyunu meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə nəticələnib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]