Dehlidə qatı dumana görə 100-dən çox aviareys təxirə salınıb
Bakı, 17 yanvar, AZƏRTAC
Yanvarın 16-da gecə saatlarında Hindistanın paytaxtını bürüyən qatı duman Dehli aeroportunda ən azı 120 daxili və beynəlxalq aviareysə təsir göstərib.
AZƏRTAC xəbər verir ki, bu barədə İndira Qandi adına Beynəlxalq Hava Limanının saytında yerləşdirilən məlumatda deyilir. Məlumata görə, əlverişsiz hava şəraiti ilə əlaqədar ümumilikdə 53 aviareys ləğv edilib, digərləri isə təxirə salınıb. Səhər saatlarında güclü duman görmə məsafəsini 50 metrədək azaldıb.
Hindistan Meteorologiya Departamentinin proqnozuna görə, paytaxt bölgəsində soyuq və dumanlı hava şəraiti həftə ərzində davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]