DƏNİZ NƏQLİYYATINDAKI DAŞIMALARIN 99,6 FAİZİ XARİCİ ƏLAQƏLƏRLƏ BAĞLIDIR
Cari ilin yanvar-iyul aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə həyata keçirilən daşımaların həcmi ötən ilin müvafiq dövrünə nisbətən 6 faiz artaraq 8,2 milyon ton olmuşdur.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, daşınmış yüklərin üçdə iki hissəsi neft, qalanı isə quru yüklərdir. Daşımaların 99,6 faizi xarici əlaqələr üzrə həyata keçirilmişdir. Yük dövriyyəsi 19,3 faiz artaraq 4,9 milyard ton-kilometr təşkil etmiş, sərnişin daşınması isə 14,9 faiz artmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:43]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:00]