Departament rəisi: Tbilisi-Bakı istiqamətində qatara tələbat daha yüksəkdir VİDEO
Bakı, 7 iyul, AZƏRTAC
Tbilisi-Bakı istiqamətində qatara tələbat daha yüksəkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu, ölkə ərazisində quru sərhədlərinin bağlı olması ilə əlaqədardır.
“Belə ki, xarici vətəndaşlar ölkəyə yalnız təyyarə və dəmir yolu nəqliyyatı ilə daxil ola bildiklərindən Tbilisi-Bakı marşrutu üzrə sərnişin axını daha çoxdur. Daxil olduqdan sonra onlar ölkədən digər növlərdən istifadə etməklə buranı tərk edə bilərlər. Buna görə də Bakı-Tbilisi istiqaməti ilə müqayisədə Tbilisi-Bakı marşrutuna tələbat daha yüksəkdir”, - deyə o qeyd edib.
Fotoqraf - Orxan Kərimov
Videooperator - Mirrəsul Cəfərov