Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Dərinsulu Günəşli” platforması 10 illiyini qeyd edir

İndiyədək platformadan yarım milyard barrel neft və yarım trilyon standart kubfut qaz hasil olunub

Bakı, 21 aprel, Nihad Budaqov, AZƏRTAC

10 il öncə, 2008-ci il aprelin 22-də Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağındakı dəniz platformalarının sırasına qoşulan “Dərinsulu Günəşli” platformasından karbohidrogenlərin hasilatına başlanılıb. “Dərinsulu Günəşli” platforması hazırda təxminən gündəlik 120 min barrel xam neft və 50 milyon standart kubfut qaz hasil edərək sahilə nəql edir. Karbohidrogen hasilatından əlavə, “Dərinsulu Günəşli” platforması gündəlik 750 min barrel suvurma gücünə malik olan sualtı suvurma infrastrukturu ilə təchiz edilmiş dünyada ən böyük qurğudur. Bu vaxtadək “Dərinsulu Günəşli” platformasında yarım milyard barrel neft və yarım trilyon standart kubfut qaz hasil edilib. Lay təzyiqini dəstəkləmək üçün laya 1 milyard barreldən artıq su vurulub.

Şübhəsiz ki, platformanın 10 il ərzində təhlükəsiz, tələblərə cavab verən və etibarlı şəkildə fəaliyyət göstərməsi dənizdə və quruda işləyən heyətlərin, əməkdaşların böyük nailiyyətidir. Buna nail olmaq üçün həmin insanlar əməyin təhlükəsizliyi mədəniyyətində liderlik nümayiş etdirməkdə əvəzsiz səylər göstərib, BP-nin dəyərlərinə və texniki peşəkarlığa sadiq qalıblar.

Platforma ilə bağlı bəzi mühüm mərhələlər belədir - 2012-ci və 2016-cı illərdə iki uğurlu dövri texniki xidmət işi təhlükəsiz və səmərəli şəkildə yerinə yetirilib, “Çıraq” Neft Layihəsi üzrə mövcud infrastrukturlarda tikinti və istismaravermə işlərinin icrası ərzində təhlükəsiz və qətiyyətli fəaliyyət göstəriciləri əldə olunub. Həmin mərhələnin səmərəli şəkildə və vaxtında yerinə yetirilməsi “Qərbi Çıraq” platformasından hər hansı gecikməyə yol vermədən ilk neftin hasil edilməsinə imkan verib, qurğuların istismar etibarlılığı - “Dərinsulu Günəşli” platforması qurğunun fəaliyyətində tam boşdayanmaya yol vermədən 1000 gündən artıq davamlı fəaliyyətə nail olub.

“Çıraq-Dərinsulu Günəşli” sahəsi üzrə əməliyyatlar meneceri Abdulla Abdullayev AZƏRTAC-a bildirib ki, “Dərinsulu Günəşli” platforması üçün aprel ayı ilk neft hasilatının 10 ilinin tamam olması ilə əlamətdardır. Bu illər ərzində platforma əməliyyatların təhlükəsiz, etibarlı və tələblərə uyğun şəkildə yerinə yetirilməsi baxımından həm regional, həm də qlobal kontekstdə etalon göstəricilərdən birinə çevrilib: “Bu işdə əməyi olan bütün heyətlərə ötən 10 il ərzində “Dərinsulu Günəşli” platformasının mükəmməl fəaliyyətinə verdiyi töhfəyə görə təşəkkür edirəm və əminəm ki, vahid komanda kimi işləyərək biz daha böyük nailiyyətlərə imza atacağıq”.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əməyin təhlükəsizliyi və əməliyyat riskləri üzrə vitse-prezident Orxan Quliyev platformanın əhəmiyyətindən danışarkən deyib: “Mən ötən 10 il ərzində “Dərinsulu Günəşli” platformasının sistematik olaraq əməliyyatları necə təhlükəsiz və etibarlı şəkildə həyata keçirdiyini görməkdən həqiqətən də məmnunluq duyuram. Bu, çox mürəkkəb, müasir bir qurğudur və AÇG yatağının işlənməsində mühüm rol oynayır. Hesab edirəm ki, bu uğurun böyük bir hissəsi “Dərinsulu Günəşli” heyətinin peşəkarlığından, işə münasibətindən irəli gəlir və buradakı komanda ruhu məndə həmişə müsbət təəssürat oyadıb. Etiraf etməliyəm ki, “Dərinsulu Günəşli” platforması mənim karyeramın inkişafına əhəmiyyətli təsir göstərib və “Dərinsulu Günəşli” heyətinin üzvü olduğum vaxtlar həmişə mənim yadımda xoş xatirələr kimi qalacaq. Onilliyinizi təbrik edirəm və əməliyyatların bundan sonra təhlükəsiz, səmərəli və etibarlı şəkildə davam etməsini arzu edirəm”.

“Dərinsulu Günəşli” heyəti bu nailiyyətlər və möhtəşəm fəaliyyət göstəriciləri ilə qürur duyur. Heyət bu standartların təkmilləşdirilməsinə zəhmətini əsirgəməmiş və əhəmiyyətli töhfə vermiş insanlara minnətdardır”, - deyə “Dərinsulu Günəşli” platformasında dəniz qurğusunun meneceri Vüqar Fətəliyev bildirib.

“Dərinsulu Günəşli” işçilərimizin əksəriyyəti üçün bir məktəb olub. Həmin işçilər aparıcı texniklər, təlimatlandırıcı mütəxəssislər, mühəndislər, birinci və yüksək səviyyəli rəhbərlə işçilər, o cümlədən də sahə əməliyyatları üzrə menecerlər və vitse-prezidentlərdir. Bununla yanaşı, onlar “Dərinsulu Günəşli” platformasında güclü iş mədəniyyəti və sağlam biznes mühiti formalaşdırıb, bu istiqamətdə əhəmiyyətli müsbət təsir göstəriblər. Mən “Dərinsulu Günəşli” platformasının 10 illik fəaliyyətinə töhfə vermiş hər bir şəxsi təbrik edirəm”, - deyə o əlavə edib.

Platformanın əməliyyatları üzrə qrupun rəhbəri Rəşad Sadiqov deyib: “Bu 10 illik nailiyyət güclü əməliyyat intizamının olması sayəsində gerçəkləşib, eləcə də texniklərimizin və rəhbər işçilərimizin bacarıqlarının davamlı təkmilləşdirilməsinə yönələn böyük diqqətin nəticəsidir”.

Əvvəllər “Dərinsulu Günəşli” platforması üzrə dəniz qurğusunun meneceri və hazırda “Qərbi Azəri” platformasında dəniz qurğusunun meneceri işləyən Qəri Aplin isə bildirib: “Mən istedadların yetişdirilməsi və güclü komanda ruhunun aşılanmasını əhatə edən, işçilərimizin möhtəşəm uğur hekayələri ilə qürur duyuram. Bu, məhz 1-ci gündən başlayaraq “Dərinsulu Günəşli” platformasının seçilən keyfiyyətində özünü göstərib. Bütün “Dərinsulu Günəşli” komandasını təbrik edirəm”.

Qeyd edək ki, “Dərinsulu Günəşli” AÇG yatağının işlənməsinin üçüncü fazasıdır. “Dərinsulu Günəşli” kompleksi “Günəşli” yatağının şərqində, suyun dərinliyinin 175 metr olduğu ərazidə yerləşir. Hasil edilən məhsul bu kompleksi “Azəri” yatağında yerləşən əvvəlcədən quraşdırılmış sualtı boru kəmərləri şəbəkəsinə birləşdirən 30 düymlük iki neft kəməri və 28 düymlük tək qaz kəməri ilə qurudakı Səngəçal terminalına nəql edilir. Bundan əlavə, AÇG layihəsinin qalan hissəsindən fərqli olaraq “Dərinsulu Günəşli” işlənməsində üç sualtı suvurma quyusu quraşdırılıb. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə vurulan AÇG neftində “Dərinsulu Günəşli”nin böyük rolu var.

“Azəri-Çıraq-Günəşli” Xəzərin Azərbaycan sektorundakı ən iri neft yatağıdır. Ötən il AÇG yataqlar blokundan hasilat 215 milyon barrel, yəni 29 milyon ton təşkil edib. AÇG-dən ümumi hasilat gündəlik orta hesabla 588 min barrel olub. İl sonunda AÇG-də ümumilikdə 115 neft hasilat quyusu, 54 qaz və su quyusu istismarda olub. Keçən il blokda 17 neft hasilat və 3 suvurma quyusu qazılıb. 2017-ci ildə AÇG layihəsinə təqribən 456 milyon dollar əməliyyat və 1,18 milyard dollar isə əsaslı məsrəflər xərclənib.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2001-ci ilin əvvəlindən bu il aprelin 1-dək AÇG neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 130 milyard 551 milyon ABŞ dolları gəlir əldə edib. Bu ilin yanvar-mart aylarında isə AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 2 milyard 65 milyon dollar vəsait daxil olub.

AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdədir: BP - 30,37 faiz, “AzAÇG” (SOCAR) - 25 faiz, “Chevron”- 9,57 faiz, “Inpex” - 9,31 faiz, “Statoil” - 7,27 faiz, “ExxonMobil” - 6,79 faiz, “TPAO” - 5,73 faiz, “Itochu” - 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) - 2,31 faiz.

Xatırladaq ki, ötən il sentyabrın 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş Sazişi imzalayıblar. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən oktyabrın 31-də ratifikasiya olunub.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib