Dərnəgül elektrik deposunun tikintisi ilə bağlı əsas tələblərdən biri yaşıllıq landşaftının olmasıdır
Bakı, 4 aprel, AZƏRTAC
“Dərnəgül elektrik deposunun tikintisi layihəsi nəqliyyat infrastrukturunun genişləndirilməsi məqsədi daşıyır. Layihə üzrə yaşıllıqların vəziyyəti və onların qorunması ilə bağlı məlumatlar Dövlət Ekoloji Ekspertiza Agentliyinə təqdim olunub”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyəti sədrinin müavini İman Quliyev “Dərnəgül elektrik deposunun tikintisi zamanı ətraf mühitə təsirlərin, o cümlədən layihə altına düşən yaşıllıqların qiymətləndirilməsi” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
O qeyd edib ki, yaşıllıqların qorunması və onlara qulluqla bağlı müvafiq monitorinq və nəzarət aparılacaq: “Layihə çərçivəsində əsas tələblər deponun mütləq yaşıllıq landşaftının olmasıdır. Bundan əlavə, depodan köçürüləcək ağacların Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən xüsusi texnikanın köməyi ilə köçürülməsi planlaşdırılır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb
- 11.06.2026 [23:01]
Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb
- 11.06.2026 [22:51]