“DEYLİ TELEQRAF” QƏZETİ “SƏDDAMIN DOSTU”NA BÖHTAN ATDIĞINA GÖRƏ CƏRİMƏ ÖDƏYƏCƏK
Fevralın 16-da qəzet bildirmişdir ki, apellyasiya məhkəməsinin qərarından şikayət verməyəcəkdir. Yanvarda bu məhkəmə Qalloueyin sabiq İraq Prezidenti Səddam Hüseyndən pul aldığı barədə məlumatın yalan olduğunu təsdiqləmişdir. Qəzetin vəkilləri nəşrin kompensasiya ödəməli olmadığında təkid edirdilər. Belə ki, onların fikrincə, qeyri-səhih məqalə guya ictimai maraq doğurur.
Apellyasiya rədd olunduqdan sonra “Deyli teleqraf”ın məhkəmənin qərarı ilə bağlı şikayət vermək üçün axırıncı imkanı – petisiya ilə Lordlar Palatasına müraciət etmək imkanı qalırdı. Lakin qəzetin fevralın 15-də yayılmış mətbuat üçün məlumatında deyilir ki, o, petisiya verməyəcəkdir.
“Deyli teleqraf” hər iki tərəfin məhkəmə xərclərini də ödəməli olacaqdır.
Məhkəmə çəkişmələrinə gətirib çıxaran məqalə qəzetdə 2003-cü ilin aprelində dərc edilmişdi.
Qallouey bir vaxtlar Leyboristlər Partiyasının üzvü olmuş, lakin İraq məsələsində barışmaz mövqe tutduğuna görə, 2003-cü ildə partiyadan çıxarılmışdır. Qallouey keçmiş İraq rəhbərini qızğın müdafiə etdiyinə görə, qəzetlər onu “Səddamın dostu” adlandırırdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]
Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]