“DİASPORUN SƏSİ” JURNALININ TƏQDİMATI KEÇİRİLMİŞDİR
Bakı, 18 dekabr (AZƏRTAC). Beynəlxalq Diaspor Mərkəzi (BDM) 31 dekabr - Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibətilə bayram tədbiri və Mərkəzin təsisçiliyi ilə yenicə işıq üzü görmüş “Diasporun səsi” jurnalının təqdimatını keçirmişdir.
BDM sədrinin müavini, “Diasporun səsi” jurnalının baş redaktoru, professor Vaqif Arzumanlı Dünya Azərbaycanlılarının həmrəyliyi gününün tarixi və “Diasporun səsi ”jurnalının nəşri məqsədləri barədə danışmışdır.
Mərkəzin sədri İsmayıl Ağayev BDM-nin 2009-cu il ərzində gördüyü işlər haqqında məlumat vermişdir.
Tədbirdə Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev, Milli Məclisin deputatları Gülər Əhmədova, Sabir Rüstəmxanlı, AMEA-nın müxbür üzvü, professor Vəli Əliyev və başqalarının çıxışlarında “Diasporun səsi” jurnalının Azərbaycan diasporunun fəaliyyətinin işıqlandırılmasına töhfə verəcəyinə əminlik bildirilmişdir.
Tədbirdə bir sıra şəxslərə mərkəzin fəxri diplomları təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]