İDMAN
Dieqo Qodin “Milan” klubuna keçməyə razılıq verib
![Dieqo Qodin “Milan” klubuna keçməyə razılıq verib](/files/2018/3/1200x630/15434164676434863809_1200x630.jpg)
Bakı, 28 noyabr, AZƏRTAC
Madridin “Atletiko” klubunun mərkəz müdafiəçisi Dieqo Qodin “Milan”ın təklifini qəbul edərək, bu kluba transfer olunmağa razılıq verib.
AZƏRTAC “Acmilanfan.ru”ya istinadla xəbər verir ki, uruqvaylı futbolçunun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatacaq. “Milan” 32 yaşlı futbolçunu heyətinə qatmaq üçün “Atletiko” ilə razılığa gəlib. Klub Qodinə iki il yarım müddətə müqavilə və hər mövsüm üçün 4 milyon avro məvacib təklif edib. Artıq futbolçunun razılığının alındığı bildirilir.
“Milan” zədə səbəbindən üç mərkəz müdafiəçisini - Mattia Kaldara, Mateo Musakkio və Alessio Romanolini itirib. Buna görə də klub rəhbərliyi komandanın heyətini gücləndirmək üçün müdafiəçi axtarışına başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [15:05]
Beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib
- 02.07.2024 [14:36]
Mayk Tayson Türkiyə millisinə hədiyyə göndərib
- 02.07.2024 [13:50]
Arif Əsədov: Türkiyə millisi əzmkarlıq hesabına Avstriyanı məğlub edə bilər
- 02.07.2024 [12:44]
“Sumqayıt” futbol klubu “Yay Futbol Düşərgəsi” layihəsinə start verib
- 02.07.2024 [12:37]
Avropa çempionu olan sərbəst güləş yığması Vətənə qayıdıb
- 02.07.2024 [12:29]
Azərbaycan çempionu kapitanı ilə müqaviləni yeniləyib
- 02.07.2024 [12:10]