DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılıb
Bakı, 17 aprel, AZƏRTAC
Bu gündən Dövlət İmtahan Mərkəzində (DİM) aprelin 16-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanları üzrə imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılıb.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanlarda yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.
Xatırladaq ki, imtahanlar Bakı şəhərinin Binəqədi, Nizami, Səbail, Suraxanı rayonlarında, Gəncə şəhərinin Nizami rayonunda, Ağcabədi, Ağstafa, Astara, Oğuz, Şamaxı, Saatlı rayonlarında və Sumqayıt şəhərində təşkil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:01]
Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində
- 09.10.2026 [16:44]
Tədqiqatlarda süni intellektin tətbiqi
- 09.10.2026 [16:37]
Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub
- 09.10.2026 [16:16]
Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO
- 09.10.2026 [15:38]