DİM-də keçiriləcək SAT imtahanlarının tarixləri açıqlanıb
Bakı, 16 iyul, AZƏRTAC
2021-ci ilin ikinci yarısı və 2022-ci ilin birinci yarımilində Dövlət İmtahan Mərkəzində (DİM) keçiriləcək SAT imtahanlarının tarixləri elan olunub.
DİM-dən AZƏRTAC-a bildirilib ki, SAT imtahanları ABŞ-ın ETS (Educational Testing Service - Təhsildə Qiymətləndirmə Xidməti) təşkilatının dəstəyi ilə College Board (Ali Təhsilə Qəbul Şurası) tərəfindən hazırlanır və dünyanın müxtəlif ölkələrində olan test mərkəzlərində keçirilir.
İmtahanlar bu il avqustun 28-də, oktyabrın 2-də, dekabrın 4-də, gələn il isə martın 12-də və mayın 7-də keçiriləcək.
İmtahanların tarixləri DİM-in saytının “Təqvim” bölməsinə əlavə olunur. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləmək tövsiyə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:38]
MEK Müstəqilliyin Bərpası Günü ilə bağlı virtual sərgini təqdim edir
- 16.10.2026 [15:57]
BMU tələbələri “Qarabağ Hakatonu 2026”nın qalibi olublar
- 16.10.2026 [15:40]