DİM-də növbəti TOEFL iBT imtahanı təşkil edilib
Bakı, 7 dekabr, AZƏRTAC
Dekabrın 7-də Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT imtahanı keçirilib. İmtahan DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda 1 əcnəbi olmaqla, ümumilikdə 8 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-nin saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Növbəti TOEFL iBT imtahanının dekabrın 10-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumat DİM-in saytında yerləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [13:27]
Nadir və endemik bitkilərin tədqiqində mühüm nəticələr
- 18.06.2026 [13:18]
Peşə təhsili müəssisələri Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
- 18.06.2026 [13:08]
Kimya İnstitutunda yeni katalitik sistem üzrə tədqiqat aparılıb
- 18.06.2026 [12:49]
Qərb bölgəsinin ədəbi irsi və Azərbaycan dili - elmi konfrans
- 18.06.2026 [12:31]