DİM Kembric Universiteti Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olaraq imtahanlar keçirib
Bakı, 25 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olaraq “Azyaşlı öyrənənlər”, TKT, “A2 Key for School” və “B1 Preliminary for Schools” imtahanlarını keçirib. İmtahanlarda, ümumilikdə 151 nəfər iştirak edib.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, TKT və “Azyaşlı öyrənənlər” imtahanının nəticələri elektron qaydada 4 həftə sonra, “A2 Key for Schools”, “B1 Key for Schools” imtahanlarının nəticələri isə 2 həftə sonra açıqlanacaq.
Bütün imtahan iştirakçıları 6 həftə sonra imtahan nəticələrinə əsasən Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun beynəlxalq sertifikatları ilə təmin olunacaqlar.
Növbəti imtahanlarla bağlı məlumatı DİM-in saytından əldə etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:45]
Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb
- 29.09.2026 [18:01]
BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar
- 29.09.2026 [17:09]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası
- 29.09.2026 [17:03]
Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb
- 29.09.2026 [16:41]