DİM: Qabiliyyət imtahanları davam edir
Bakı, 25 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə qəbul üzrə keçirilən qabiliyyət imtahanları davam edir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, iyunun 25-də təsviri sənət istiqaməti üzrə Bakı şəhəri 286 nömrəli tam orta məktəbdə 15-ci (dekorativ-tətbiqi sənət) komissiya, idman istiqaməti üzrə Tofiq Bəhramov adına Respublika Stadionunda 62-ci (ümumi fiziki hazırlıq, adaptiv bədən tərbiyəsi, kütləvi sağlamlaşdırıcı idman) komissiya, xoreoqrafiya sənəti istiqaməti üzrə isə Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbdə 53-cü (rəqs müəllimliyi) komissiya üzrə qabiliyyət imtahanları keçirilib.
Qeyd edək ki, musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarına iyulun 1-dən başlanılacaq.
Abituriyentlərə qəbul olmaq istədikləri ixtisaslara uyğun proqramlarla əvvəlcədən tanış olmaları tövsiyə edilir. Qəbul proqramları 2026-cı ildə istiqamətlər üzrə nəşr edilmiş “Abituriyent” jurnalının xüsusi buraxılışlarında təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:50]
Qədim Şəmkir şəhər yerində arxeoloji tədqiqatlar və yay məktəbi davam edir
- 07.08.2026 [16:37]
BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub
- 07.08.2026 [13:00]
Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır
- 07.08.2026 [12:27]
Proqram mühəndisliyinə dair elmi əsərlərin xülasələr toplusu dərc edilib
- 07.08.2026 [12:03]