DİN: İyunun 25-də ümumilikdə 48 cinayətin açılması təmin edilib
Bakı, 26 iyun, AZƏRTAC
İyunun 25-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 140, o cümlədən borclu şəxs qismində axtarışda olan 107 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər də davam etdirilib.
İyunun 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 tapança, 3 qumbara, 1 alışdırıcı, 11 tüfəng, 4 patron darağı və 2206 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [15:51]
647 balla BDU-ya qəbul oldu, Almaniyada oxudu, indi hərbi xidmətə gedir
- 30.10.2026 [15:24]
Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb
- 30.10.2026 [15:14]