DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNDƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Komitənin sədri Rafiq Əliyev söhbət zamanı bildirmişdir ki, ölkəmizdə tarixən dini tolerantlıq ənənəsi mövcuddur və bu, müvafiq dövlət qurumlarının, dini konfessiyaların səyləri nəticəsində indi də qorunub saxlanılır. Respublikamızda fəaliyyət göstərən müsəlman, xristian və yəhudi dini icmaları sıx əməkdaşlıq edir, müxtəlif dini konfessiyalar arasında sülh və barışığın hökm sürməsinə yardım göstərirlər.
O vurğulamışdır ki, dini icmalar dövlətdən ayrı fəaliyyət göstərir, dövlət tərəfindən onların işinə müdaxilə olunmur. Lakin həm dövlət, həm də dini icmalar ictimai münasibətlərin formalaşmasında iştirak edir və bu məsələdə onların maraqları üst-üstə düşür. Dini icmaların əhalinin sosial problemlərinin həllinə cəlb edilməsi onların rolunu və imkanlarını artırır. Komitə sədri demişdir ki, dövlət siyasətinin əsasını mənəviyyat təşkil etməlidir. Mənəviyyat isə din ilə cıx əlaqəlidir. Məhz bu səbəbdən dini icmalar dövlətin din azadlığını təmin etməsində maraqlıdır. Eyni zamanda, dövlətin də dinin mənəvi-əxlaqi dəyərlərinə böyük ehtiyacı vardır.
Görüşdə D.Nyuqard respublikamızda mövcud dövlət-din münasibətlərindən məmnunluğunu vurğulamış, təmsil etdiyi qurumla əməkdaşlığa görə Komitə rəhbərliyinə minnətdarlığını bildirmişdir.