“Diplomatik xidmət haqqında” Qanunda 13 dəyişiklik edilib
Bakı, 30 dekabr, AZƏRTAC
Milli Məclisdə “Diplomatik xidmət haqqında” Qanunun 21 və 23-cü maddələrinə təklif edilən 13 dəyişiklik üçüncü oxunuşda təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, bu məsələyə Milli Məclisin dekabrın 30-da keçirilən plenar iclasında baxılıb.
Dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının səfirlik və konsulluqlarında işləyən diplomatik xidmət əməkdaşlarına birdəfəlik yerləşmə müavinəti təsis edilir. Onların orta ixtisas və ali təhsilin bakalavr səviyyəsində təhsil alan 23 yaşadək övladlarına təhsil müavinəti veriləcək, əmək fəaliyyəti ilə məşğul olmayan ailə üzvlərinə görə aylıq müavinət ödəniləcək. Bununla yanaşı, diplomatik xidmət əməkdaşlarına aylıq təmsilçilik müavinəti, müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətdə fəaliyyət göstərən diplomatik xidmət əməkdaşlarına isə kompensasiya ödəniləcək. Daha bir dəyişikliyə görə, diplomatlar üçün təsis edilən kompensasiya və müavinətlər (21.7-2 maddəsi istisna olunmaqla), həmçinin diplomatik missiyanın tərkibində fəaliyyət göstərən inzibati-texniki xidməti həyata keçirən şəxslərə də şamil ediləcək. Qanuna edilən digər dəyişikliklər əməkhaqqının tərkibi, ödənilmə qaydası, dövlət məvacibinə tətbiq edilən fərqləndirici əmsallar barədə normaları özündə ehtiva edir.
Layihədə yeni müddəaların qanuna daxil edilməsi və bununla əlaqədar olaraq bəzi maddələrin ləğv edilməsi təklif olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [21:39]
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
- 15.10.2026 [20:11]
® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim
- 15.10.2026 [20:01]
Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır
- 15.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 15.10.2026 [19:59]
Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib
- 15.10.2026 [18:42]