Dırnaqların rənginin və formasının dəyişməsi xəstəliklərin əlaməti ola bilər
Bakı, 17 yanvar, AZƏRTAC
Dırnaqların rənginin və formasının dəyişməsi xəstəliklərin əlaməti ola bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə türkiyəli həkim-mütəxəssis Səma Karaoğlu bildirib.
O qeyd edib ki, dırnaqların rənginin və formasının dəyişməsi müxtəlif xəstəliklərin carçısıdır. Belə ki, bu vəziyyət bədəndəki hər hansı bir xəstəliyin əlamətini ehtiva edir. Dırnaq xəstəlikləri, ümumiyyətlə, insanlar arasında geniş yayılıb. Ən çox rast gəlinən problemlər isə göbələk və dırnaqların batması hallarıdır. Yay mövsümü bitdikdən sonra dırnaq göbələkləri daha da artır. Dırnaq göbələyinə həm əllərdə, həm də ayaqlarda rast gəlinir. Dırnaqlardakı çuxurlar isə qanazlığından xəbər verir. Digər orqanlardan fərqli olaraq dırnaqdakı rəng və forma dəyişiklikləri sağlamlığımız haqqında məlumatlanmağa əsas verir. Tez-tez manikür etdirmək, süni dırnaqlardan istifadə, dırnaq yemə vərdişləri - bütün bunlar dırnaqların çox asanlıqla qırılmasına səbəb olur. Lakin düzgün diaqnoz və müalicə ilə bunları müalicə etmək mümkündür.
“Dırnaqların düzgün kəsilməməsi belə onun yerinə çıxacaq digər dırnaqların qarşısını alır, ona zərər verir. İtiliyini aradan qaldırmaq üçün dırnağın düz kəsilməsi vacibdir”, - deyə həkim-mütəxəssis əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.05.2026 [17:40]
Türkiyədə onlayn ticarətin həcmi bir ildə 50 faizdən çox artıb
- 12.05.2026 [17:27]
Kubanda məktəbdə baş verən atışma nəticəsində iki şagird yaralanıb
- 12.05.2026 [17:24]
Qətər ABŞ–İran razılaşması üzrə səylərini davam etdirir
- 12.05.2026 [17:06]
ABŞ-də inflyasiya son iki ilin ən yüksək həddinə çatıb
- 12.05.2026 [16:46]
“Saudi Aramco” ötən rüb xalis mənfəətini 25 faiz artırıb
- 12.05.2026 [16:30]
Varşava – xarabalıqdan dirçələn şəhər VİDEO
- 12.05.2026 [16:26]
Son 9 gündə Hörmüz boğazından ən çox tanker ötən gün keçib
WUF13 Festivalı Sumqayıtda
- [17:48]
Naxçıvanda üçəm dünyaya gəlib
- [17:43]
Lənkəranda zəncirvari qəza olub
- [15:40]