Donald Tramp KXDR-lə danışıqları davam etdirməyə hazırdır
Bakı, 7 mart, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp KXDR-lə nüvəsizləşdirmə barədə danışıqları davam etdirməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Fox News telekanalına müsahibəsində bildirib.
“ABŞ prezidenti yenidən cəhd etməyə hazırdır. Biz baxaq görək ki, bunu cədvələ necə daxil edə bilərik və bundan nə çıxa bilər”, - Bolton belə deyib.
Xatırladaq ki, fevralın 27-28-də Vyetnamın Hanoy şəhərində keçirilən ikinci ABŞ-KXDR sammitinin gedişində, həmçinin nüvəsizləşdirmə məsələsi də müzakirə olunub. Ekspertlərin əksəriyyəti Koreya müharibəsinin sona çatması barədə birgə formal bəyanat qəbul ediləcəyini gözləsə də, Donald Tramp və Kim Çen In arasında danışıqlar hər hansı sənəd imzalanmadan sona çatıb. Buna baxmayaraq, ABŞ Prezidenti sammitdə irəliləyişə nail olunduğunu və danışıqların ekspertlər səviyyəsində davam edəcəyini deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [15:14]
Nifrət Nitqinə qarşı Beynəlxalq Mübarizə Günü
- 18.06.2026 [15:04]
Qazaxıstan Prezidenti TDT ölkələri Ali məhkəmələrinin sədrlərini qəbul edib
- 18.06.2026 [14:42]
Antalyada Roma dövrünə aid mozaika aşkar edilib
- 18.06.2026 [14:42]
Moskva aeroportlarında xaos: 12 mindən çox sərnişin gözləyir
- 18.06.2026 [14:40]
Brüsseldə Aİ ölkələrinin dövlət və hökumət başçılarının Sammiti keçirilir
- 18.06.2026 [14:35]