DOQQUZİLLİK LAYİHƏNİN İCRASI BAŞA ÇATMIŞDIR
Bakı, 6 oktyabr (AZƏRTAC). “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı ötən illər ərzində regionlarda sosial-iqtisadi inkişafın təmin edilməsinə kömək məqsədilə kənd yerlərində çalışan sahibkarlara, fiziki və hüquqi şəxslərə kreditlərin verilməsi, yeni iş yerlərinin açılmasının təmin edilməsi, əhaliyə göstərilən maliyyə-kredit xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində xeyli iş görmüşdür. 1998-ci ildən Dünya Bankının “Təsərrüfatların Özəlləşdirilməsi Layihəsi”ni idarə edən təşkilat tərəfindən 5.770 kəndli fermer təsərrüfatına 11,1 milyon manatdan çox kredit verilmişdir. Kəndlərdə ilk özəl fermer təsərrüfatlarının yaradılmasında mühüm əhəmiyyəti olmuş bu layihə artıq başa çatmış və təşkilatın Maliyyə Nazirliyi qarşısında olan öhdəliyi tam yerinə yetirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]