Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÖVLƏT BAŞÇILARININ BİRGƏ MƏTBUAT KONFRANSI

Sənədlərin imzalanma mərasimindən sonra Prezident İlham Əliyev və Prezident Leonid Kuçma birgə mətbuat konfransı keçirdilər.

Əvvəlcə dövlət başçıları bəyanatlarla çıxış etdilər.

UKRAYNA PREZİDENTİ LEONİD KUÇMANIN BƏYANATI

- Çox hörmətli İlham Heydər oğlu!

Əziz azərbaycanlı dostlar!

Xanımlar və cənablar!

Prezident başda olmaqla Azərbaycan Respublikasının yüksək nümayəndə heyətini Ukrayna torpağında salamlamaq mənim üçün böyük şərəfdir. Mən qəti əminəm ki, bu səfər sizə ən xoş təəssürat bağışlayacaqdır. Siz bilirsiniz ki, bugünkü görüşümüzü mən Heydər Əliyevin xatirəsi haqqında sözlərlə başladım. Mən bununla başlamaya bilməzdim, çünki bu insan Ukrayna-Azərbaycan dostluğu üçün çox işlər görmüşdür. O, həmişə kömək əlini uzatmağa hazır idi və Ukrayna bu və ya digər problemlə qarşılaşarkən bunu edirdi. Bu müdrik insanla ünsiyyətdə olmaqdan mən həmişə, sadəcə, çox böyük məmnunluq duyurdum. O, həmişə öz ağıl-zəkası ilə yaşayırdı. Bilirsiniz ki, prezidentlərin həmişə çoxlu məsləhətçisi olur. Bax, mən bunu nəzərə çarpdırmaq istərdim.

İlham Heydəroviçlə bizim bütün problemləri, ikitərəfli münasibətlərimizi müzakirə etmək imkanımız oldu. Biz şadıq ki, münasibətlərimiz yüksələn xətlə inkişaf edir, iqtisadiyyatda əmtəə dövriyyəsi də artır, bütün digər sahələrdə, o cümlədən siyasi sahədə, beynəlxalq aləmdə də münasibətlərimiz genişlənir. Bu gün siz özünüz də burada, bu salonda imzalanmış sənədlərin sayına görə gördünüz ki, biz doğru yoldayıq. Sadə sözlərlə desək, indi mövcud olan bütün problemlər barəsində bizim aramızda qarşılıqlı anlaşma var və biz onları həm ikitərəfli formatda, həm də bütün beynəlxalq təşkilatlar formatında həll etmək əzmindəyik. Strateji inkişaf planları baxımından bizim aramızda fikir ayrılığı yoxdur. Mən həm Avropa yolunu, həm MDB çərçivəsində əməkdaşlığı, həm GUÖAM çərçivəsində əməkdaşlığı, həm də NATO çərçivəsində geniş əməkdaşlığı nəzərdə tuturam.

Bu gün bizim kontingentlərimiz İraqdadır, orada sülhyaratma borcumuzu birlikdə yerinə yetiririk. İraqın gələcəyi barədə bizim eyni baxışlarımız var. Həm BMT Təhlükəsizlik Şurasının İraq barədə qərarı mümkün qədər tezliklə qəbul etməsini, həm də İraqda Birləşmiş Millətlər Təşkilatının bayrağının qaldırılmasını istəməyimiz nöqteyi-nəzərindən də baxışlarımız uyğun gəlir. İstəyirik ki, orada mülki hökumət tezliklə formalaşdırılsın və bütün hakimiyyət İraq xalqına verilsin. Başqa heç bir problemimiz yoxdur.

Odur ki, İlham Heydəroviçi bir daha səmimi qəlbdən salamlamaq və demək istəyirəm ki, biz hamımız həmişə onu burada görməyə şad olacağıq. Bu səfərlə biz həm Azərbaycan Respublikasına, həm də Azərbaycan xalqına dərin hörmət bəslədiyimizi nəzərə çarpdırmaq istəyirik. Sağ olun.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN

BƏYANATI

- Çox hörmətli Leonid Daniloviç, sağ olun.

Əziz dostlar!

Mən, ilk növbədə, Ukraynaya dövlət səfərinə gəlmək barədə dəvətinə görə Ukrayna Prezidenti Leonid Daniloviç Kuçmaya təşəkkür etmək istərdim.

Bu səfərin mənim üçün böyük əhəmiyyəti var. Ölkələrimiz arasında münasibətlər çox uğurla inkişaf edir. Ukrayna və Azərbaycan xalqları arasında bütün dövrlərdə səmimi dostluq, qardaşlıq münasibətləri olmuşdur. Çox dəyərlidir ki, ölkələrimiz müstəqillik əldə etdikdən sonra bu əlaqələr daha möhkəm, daha sıx olmuşdur. Bu işdə bütün dünyada tanınmış iki liderin – öz ölkələrinin təşəkkülünün, bəlkə də, ən ağır dövründə onlara başçılıq etmiş və onları tərəqqi, iqtisadi inkişaf yolu ilə aparmış liderlərin çox böyük xidməti var. Məhz Leonid Daniloviç Kuçmanın və Heydər Əlirza oğlu Əliyevin sayəsində ölkələrimiz daha yaxın olmuş, istər ikitərəfli münasibətlərdə, istər regional təşkilatlar, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində daha fəal əməkdaşlıq etməyə başlamışlar. Ona görə də inamla demək olar ki, bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

Bizim aramızda ən dərin qarşılıqlı anlaşma, çox fəal siyasi dialoq və bütün istiqamətlərdə əməkdaşlıq mövcuddur. Bu gün görüş zamanı biz məmnunluqla qeyd etdik ki, ölkələrimiz arasında əmtəə dövriyyəsi dönmədən və ildən-ilə artır. Bu, onu göstərir ki, ilk növbədə, ölkələrimizin iqtisadiyyatı getdikcə daha da güclənir və indi Ukraynada da, Azərbaycanda da ümumi daxili məhsulun artım sürəti ən yüksək səviyyədədir, bəlkə də, dünyada ən yüksək səviyyələrdən birini təşkil edir. Birgə hökumətlərarası komissiya iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi baxımından böyük iş görmüş, iqtisadi əlaqələrin inkişafının mühüm yollarını müəyyənləşdirmişdir.

Humanitar sahədə çoxdan yaranmış və inkişaf edən möhkəm münasibətlər mövcuddur. Azərbaycanda Ukrayna dilinə böyük hörmətlə yanaşılır və Bakı Slavyan Universitetində Ukrayna dili fakültəsi fəaliyyət göstərir. Biz buna çox qayğı ilə yanaşırıq. Azərbaycanda bütün xalqlar, bütün millətlər özlərini çox rahat, azad hiss edirlər və hökumət tərəfindən də onlara münasibət çox müsbətdir. Ölkələrimizi və xalqlarımızı bu da bir-birinə bağlayır. Bizdə dini dözümlülük, tolerantlıq mövcuddur.

Ukraynada yaşayan çoxsaylı azərbaycanlılar burada özlərini evlərindəki kimi hiss edirlər. Biz onların istər siyasi səviyyədə, istər məişət səviyyəsində, istərsə də bütün işlərdə rəhbərlik tərəfindən necə diqqət və qayğı ilə əhatə olunduqlarını bilirik. Mən buna görə də Leonid Daniloviçə və ukraynalı dostlarımıza təşəkkür etmək istərdim.

Leonid Daniloviçin qeyd etdiyi kimi, ölkələrimiz arasında problem yoxdur. Biz dostuq, tərəfdaşıq. Biz inteqrasiya proseslərimizi çox fəal inkişaf etdiririk, beynəlxalq qurumlara inteqrasiya olunuruq. Beynəlxalq işlərdə Ukraynanın və Azərbaycanın sanbalı da, əhəmiyyəti də ildən-ilə artır. Bu, ölkələrimizin uğurla inkişaf etməsinin ən mühüm göstəricisidir. Mən Leonid Daniloviçə dedim ki, son 10 ildə Azərbaycanda aparılmış siyasətin, o cümlədən də ikitərəfli münasibətlər çərçivəsində aparılmış siyasətin davam etdirilməsi üçün öz tərəfimdən bütün işləri görəcəyəm.

Prezident Heydər Əlirza oğlu haqqında dediyi səmimi sözlərə görə mən Leonid Daniloviçə çox minnətdaram. Sizin necə dostluq etdiyinizi, bir-birinizə necə dərin məhəbbət, rəğbət hissləri bəslədiyinizi mən şəxsən bilirəm, bunu Azərbaycanda da hamı bilir. Əlbəttə ki, Sizin diqqətiniz və Ukraynada Heydər Əliyevə abidə qoyulması haqqında şəxsən qəbul etdiyiniz qərar həm ölkələrimiz arasında ikitərəfli münasibətlərin səviyyəsini, həm də siyasətdə heç də sonuncu rol oynamayan, məhz Sizin aranızda olmuş şəxsi, sırf insani münasibətləri bir daha nəzərə çarpdırır.

Mən səfərimdən çox razıyam, Ukraynada olmağıma çox şadam. Ümidvaram ki, belə səfərlər çox olacaqdır. Mən lap əvvəldən böyük diqqətlə, qonaqpərvərliklə, səmimi münasibətlə əhatə olunmuşam və bütün bunlara görə, ilk növbədə, Prezidentə, habelə bütün ukraynalı dostlarımıza çox minnətdaram.

Sağ olun.

X X X

Sonra prezidentlər İlham Əliyev və Leonid Kuçma jurnalistlərin suallarına cavab verdilər.

SUAL: İki ölkə arasında əməkdaşlıq beynəlxalq təşkilatlar çərçivəsində necə inkişaf edəcəkdir?

LEONİD KUÇMA: Mən öz çıxışımda dedim ki, bizimlə Azərbaycan arasında həm ikitərəfli səviyyədə, həm də müasir dünya məsələləri, Qarabağ münaqişəsi də daxil olmaqla beynəlxalq aləmdə mövcud olan problemlər üzrə heç bir fikir ayrılığı yoxdur. Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazisinin 20 faizindən çoxu işğal altındadır, 750 min azərbaycanlı yurdsuz-yuvasız qalmışdır. Bu, insanların çox böyük faciəsidir. Biz ərazi bütövlüyü prinsipini həmişə dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Bu baxımdan, bizim bu problemə heç vaxt başqa bir münasibətimiz olmamışdır və olmayacaqdır. Zənnimcə, vaxt sizin xeyrinizə işləyir. Belə bir həqiqəti getdikcə daha çox adam dərk edir ki, bu cür problemləri sülh yolu ilə həll etmək lazımdır. Minsk qrupunun öz fəaliyyətini artırması və problemə təkcə bir ölkənin nöqteyi-nəzərindən yanaşması deyil, həm də Qafqazda sabitliyin təkcə bu regiona yox, həm də bütün dünyaya təsir göstərdiyini düşünməsi arzu olunur. Bu təsirdən danışarkən Xəzər regionunun inkişafı - neft-qaz hasilatı və onların digər ölkələrə nəqli nəzərə alınmalıdır. GUÖAM-a gəldikdə isə, biz bu təşkilat çərçivəsində birgə fəaliyyət göstəririk və başlıca vəzifə nəqliyyat problemidir. Allah eləsin, əməkdaşlığımız indiki kimi inkişaf etsin.

İLHAM ƏLİYEV: Mən hörmətli Leonid Daniloviçin dediklərini tam dəstəkləyirəm. Biz strateji tərəfdaşlarıq, regionumuzda və ümumən bütün dünyada baş verən bir çox əsas proseslərə münasibətlərimiz eynidir. Buna görə də problemə ümumi yanaşmalar hərtərəfli qərarlar qəbul edərkən daha düzgün yol tapmağa kömək edir. Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Ukraynanın tutduğu mövqeyə görə də Leonid Daniloviçə çox minnətdaram. Biz bu məsələni təkbətək görüşdə də, geniş heyətdə görüşdə də müzakirə etdik. Əlbəttə, münaqişənin beynəlxalq hüquq normalarına uyğun olaraq ədalətlə həllində Ukraynanın birmənalı mövqeyi böyük hörmət hissi doğurur. Şübhəsiz, həqiqət Azərbaycanın tərəfindədir. Heç kimə sirr deyil ki, Ermənistan Azərbaycan ərazilərini işğal etmişdir, bu işğal nəticəsində Azərbaycanın yüz minlərlə vətəndaşı qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Həqiqət bundan ibarətdir ki, ərazilərimizin 20 faizi erməni işğalı altındadır və Ermənistanın köməyi və fəal iştirakı ilə Dağlıq Qarabağ tərəfindən təcavüzkar separatizm siyasəti bu işğala gətirib çıxarmışdır. Təəssüf ki, müxtəlif ölkələrdəki müəyyən dairələr bu həqiqəti ya görmək istəmirlər, ya görsələr də susmağa üstünlük verirlər, yaxud da ondan istifadə etmək istəyirlər. Ən dəhşətlisi də odur ki, hansısa siyasi, regional və digər mənafelər naminə dünyada ikili standartlar mövcuddur. Müəyyən dairələr baş vermiş hadisənin mahiyyətini təhrif etməyə cəhd göstərirlər. İndiki halda bu məsələdə Ukrayna Prezidentinin beynəlxalq hüquq normalarına və bütün dövlətlərin ərazi bütövlüyü prinsipinə tam uyğun olan birmənalı mövqeyi Azərbaycanda və Azərbaycan xalqında hörmət və minnətdarlıq hissi doğurur. Zənnimcə, bütün münaqişələr məhz beynəlxalq hüquq normaları əsasında öz həllini tapsa, Qafqazda da, bütün dünyada da daha heç bir problem olmayacaq, qan axıdılmayacaq və çoxdan gözlənilən sülh yaranacaqdır.

SUAL: Mənim sualım hər iki prezidentədir. Siz GUÖAM-ın növbəti zirvə toplantısından nə gözləyirsiniz?

İLHAM ƏLİYEV: Azərbaycan ilə Ukrayna təkcə ikitərəfli formatda deyil, həm də regional qurumlarda fəal əməkdaşlıq edir. Həmin qurumlardan biri də GUÖAM-dır. Bu təşkilat bizi və digər ölkələri birləşdirir, regional əməkdaşlığın inkişafına kömək edir.

Azərbaycan regional əməkdaşlığın dərinləşdirilməsinə həmişə tərəfdar olmuşdur. Deyə bilərəm ki, indi Azərbaycanda baş verən proseslər buna sübutdur. Ölkəmizdə çox mühüm beynəlxalq iqtisadi layihələr gerçəkləşdirilir. Bunu demək kifayətdir ki, ümumi rəyə görə, dünyanın ən iri energetika layihəsi Azərbaycanda həyata keçirilir.

Bu, bir daha göstərir ki, biz regional əməkdaşlıq, dialoq üçün açığıq. GUÖAM məhz bu istiqamətdə irəliləmək üçün çox yaxşı qurumdur. GUÖAM ölkələri siyasi və iqtisadi münasibətləri inkişaf etdirmək istəyirlər. Əminəm ki, həm ikitərəfli, həm də regional əməkdaşlıq çərçivəsində biz konkret layihələrin həllində irəliləyəcəyik. Əlbəttə, konkret layihələr olduqda, məsləhətləşmək imkanı olduqda beynəlxalq təşkilatlar cəlbedici olurlar. Belə layihələr var və biz onları inkişaf etdirməyə, habelə regional əməkdaşlığın inkişafı üçün yeni yollar tapmağa çalışacağıq.

LEONİD KUÇMA: Mən İlham Heydəroviçi dəstəkləmək istəyirəm. Regional qurumlar olmuşdur, var və olacaqdır. Biz, ilk növbədə, iqtisadi mənafeləri əsas götürürük. Biz bu təşkilatın yaradılması haqqında qərarı imzalayarkən indi dillər əzbəri olan Böyük İpək yolunun dirçəldilməsi perspektivlərini nəzərdə tuturduq. Mən onun Xəzər dənizi vasitəsilə və oradan da o yana davam etdirilməsini deyirəm.

Təfərrüatı xatırlaya bilərəm. Biz Heydər Əliyevin təklifi ilə qərara aldıq ki, GUÖAM-ın zirvə toplantıları Yaltada keçirilsin. İndi biz Gürcüstan tərəfinin - Mixail Saakaşvilinin xahişi ilə bu prinsipdən çəkilirik. Lakin vəzifələr və nəticələr məlumdur. Ən başlıcası isə, bu gün malik olduqlarımızı itirməmək və iqtisadiyyatımızın sürətli inkişafını nəzərə alaraq, indiyədək əldə edilənləri artırmaqdır.

Bir daha vurğulamaq istəyirəm ki, Ukraynadan Gürcüstan, Azərbaycan vasitəsilə və oradan da o yana nəqliyyat kommunikasiyalarının çox böyük əhəmiyyəti var. Biz vahid iqtisadi məkanın timsalında bilirik ki, Qazaxıstan, Ukrayna və Belarusun təklif etdiyi başlıca məsələlərdən biri nəqliyyat tarifləridir. Hər hansı yükün Rusiya ərazisi ilə daşınması malın dəyərinin azı 15 faizinə başa gəlir.

Bu problemlərin həlli ölkələrimizin iqtisadiyyatının inkişafı üçün zəmin yaradır.

SUAL: İmzalanmış bəyannamə və sazişlər münasibətlərimizin inkişafına necə təsir göstərəcəkdir?

İLHAM ƏLİYEV: Siz elə yaxşı suallarla müraciət edirsiniz ki, onlara cavab vermək xoşdur. Əlbəttə, bu sənədlər münasibətlərimizin möhkəmlənməsinə təsir göstərəcəkdir. Sənədlər müxtəlif sahələrdə əməkdaşlığın geniş spektrinə aiddir və gələcək qarşılıqlı fəaliyyətimizin həm iqtisadi, həm də siyasi tərəflərini əhatə edir. Bu, Leonid Daniloviçlə danışdıqlarımıza daha bir sübutdur.

Münasibətlərimiz uğurla inkişaf edir. Hökumətlərarası komissiya öz işinə başlayanda beş sənəd imzalamaq planlaşdırılırdı, lakin böyük potensial olduğunu nəzərə alaraq, sənədlərin sayı 9-dək artırıldı. Bunun özü də son hədd deyildir. Əminəm ki, ikitərəfli sazişlərin həyata keçirilməsi çərçivəsində ölkələrimiz daha da yaxınlaşacaq, müxtəlif sahələrdə daha sıx əməkdaşlıq edəcəklər. Bu, bizim milli mənafelərimizə uyğundur.

LEONİD KUÇMA: Bir neçə kəlmə əlavə etmək istəyirəm. İlham Heydəroviçin dediyi kimi, biz strateji tərəfdaşlarıq. Müstəqil dövlətlərimizin təşəkkül illəri ərzində biz çox məsələləri həll etməli olduq. Biz çoxsaylı problemlərin həlli ilə məşğul olduq. Qarşılıqlı əməkdaşlığın və etimadın ildən-ilə dərinləşməsi əlaqələrimizin möhkəm zəminə söykəndiyini duymağa kömək edirdi. Bu, mütləq həqiqətdir. İmzalanmış Bəyannamə də əməkdaşlığımızın inkişafı üçün yeni bünövrə qoyur. Biz bunu alqışlamalıyıq.

SUAL: Mənim sualım Azərbaycan Prezidentinədir. Neft sahəsində əməkdaşlıq haqqında sazişin girişində deyilir ki, Azərbaycan tərəfi Odessa-Brodı boru kəmərini doldurmaq üçün Ukraynaya kommersiya əsasında neft almağa imkan verəcəkdir. Lütfən deyin, Azərbaycan Ukraynaya neft satmağa nə vaxt hazır olacaqdır? Bu, ölkəmiz üçün çox vacib məsələdir.

İLHAM ƏLİYEV: Azərbaycan özünün neft ehtiyatlarını müxtəlif istiqamətlərdə satır. Hazırda Azərbaycan nefti iki neft kəməri ilə nəql olunur. Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə üçüncü neft kəmərinin tikintisində fəal iş gedir. Bu kəməri gələn ilin birinci rübündə istismara vermək nəzərdə tutulmuşdur. Bir neçə milyard dollar dəyərində olan bu ən iri beynəlxalq layihə uğurla həyata keçirilir. Əlbəttə, hər hansı digər əmtəə kimi, neft də beynəlxalq bazarda sərbəst tədavülə malikdir, müəyyən kommersiya şəraitində iqtisadi cəhətdən sərfəli olan hər hansı istiqamətdə nəql oluna bilər. Artıq dediyim kimi, indi Azərbaycan nefti səmərəli surətdə Qara dənizin limanlarına çatdırılır və təbiidir ki, oradan istənilən istiqamətdə daşına bilər. Deməliyəm ki, Azərbaycandan Qara dəniz limanlarına nəql olunan neftin həcmi təxminən 8-9 milyon tona bərabərdir. Əlbəttə, müştərilərin onu almağa tam haqqı vardır. Biz dəfələrlə bildirmişik ki, Azərbaycan Odessa-Brodı neft kəmərini siyasi cəhətdən dəstəkləyir, bu məsələnin kommersiya tərəfinə gəldikdə isə, bununla kommersiya təşkilatları məşğul olurlar. İqtisadi məsələlər öz prioritetlərini özləri müəyyənləşdirməlidir.

LEONİD KUÇMA: Əlavə etmək istərdim ki, İlham Heydəroviç sizin sualınıza çox diplomatik cavab verdi, mən isə bu suala müəyyən dərəcədə fəhlə-kəndlisayağı cavab vermək istəyirəm. Qərar qəbul ediləndə, həmin qərar üçün məsuliyyət dərəcəsini də başa düşmək lazımdır. Siz hamınız yaxşı bilirsiniz, Azərbaycan Prezidenti də bunu təsdiq etdi ki, bu gün dünyada ən iri enerji layihəsi Azərbaycanda həyata keçirilir. Mən Bakı-Tbilisi-Ceyhan neft kəmərini nəzərdə tuturam. Bu neft kəməri gələn ilin birinci rübündə istismara veriləcəkdir. Buna görə də hasil edilən neftin miqdarını, həqiqətən, strateji əhəmiyyətə malik bu boru kəmərinin buraxıcılıq qabiliyyətini hesablamaq üçün Karl Marks, yaxud Fridrix Engels, böyük iqtisadçı olmaq lazım deyildir, çünki o, nefti Aralıq dənizinə və bütün dünya bazarlarına çıxarır. Bu baxımdan Odessa-Brodı neft kəmərinin imkanlarını da nəzərə almaq lazımdır. Odur ki, azərbaycanlılar bizim dostlarımız və strateji tərəfdaşlarımız kimi bizə neft satmağa hazırdırlar, lakin biz bunu hələ 5-6 il gözləməli olacağıq. Zənn edirəm ki, şərhə ehtiyac yoxdur. Çox sağ olun, mətbuat konfransımız başa çatdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR