DÖVLƏT DEPARTAMENTİ RƏSUL QULİYEVƏ QARŞI AZƏRBAYCANDA QALDIRILAN CİNAYƏT İŞİNƏ DAİR ŞƏRH VERMİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat katibi Şon MakKormak oktyabrın 18-də gündəlik brifinqdə Rəsul Quliyevin həbsinə dair sualı belə şərh etmişdir:
- Bizdə olan məlumata görə, Rəsul Quliyev bazar ertəsi Azərbaycana qayıtmağa cəhd göstərmişdir. Lakin təyyarəsi yanacaq üçün Ukraynada dayananda İnterpol tərəfindən saxlanılmışdır.
O əlavə etmişdir ki, ABŞ Quliyevə qarşı Azərbaycanda qaldırılan cinayət işi ilə bağlı hazırda heç bir şərh verə bilməz. Bununla yanaşı, Şon MakKormak cinayət işinin şəffaf şəkildə və müvafiq prosedur qaydalarına uyğun aparılacağına ümid etdiyini bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]