Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət dəstəyi və fermerlərin zəhməti - Naxçıvanda heyvandarlığın inkişafında yeni hədəflər VİDEO

Naxçıvan, 25 iyun, AZƏRTAC

Müasir çağırışlar və qlobal iqtisadi proseslər aqrar sektorun daha dayanıqlı, rəqabətqabiliyyətli və innovativ əsaslar üzərində inkişafını zəruri edir. Bu baxımdan Prezident İlham Əliyevin cari il mayın 25-də imzaladığı Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sahənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirən mühüm strateji sənəd kimi çıxış edir. Dövlət Proqramında bütün istiqamətlərlə yanaşı, heyvandarlıq sektorunun inkişafı ilə bağlı da mühüm tədbirlər nəzərdə tutulub. İntensiv iribuynuzlu heyvandarlıq təsərrüfatlarının genişləndirilməsi hesabına 2030-cu ilədək yüksək məhsuldar cins heyvanların ümumi sürüdə payının faktiki 2,5 faizdən 10 faizə çatdırılması hədəflənir. Süd istehsalının təqribən 10, mal əti istehsalının isə 20 faiz artırılması, bununla da özünütəminetmə səviyyəsinin yüksəldilməsi və mal əti ilə tam təminata nail olunması qarşıya məqsəd qoyulub. Bu hədəflərə çatmaq üçün yeni təsərrüfatların yaradılması, onların cins damazlıq heyvanlarla təmin edilməsi, yeni süd və dəri toplama məntəqələrinin qurulması, yem istehsalının texnika və texnologiyalarla təminatının yaxşılaşdırılması, damazlıq heyvan və məhsul subsidiyalarının tətbiqi kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Xırdabuynuzlu heyvandarlığın inkişafı istiqamətində isə yarımintensiv qoyunçuluq təsərrüfatlarının yaradılması, yun toplama məntəqələrinin təşkili, örüş və otlaq sahələrinin bərpası, eləcə də təsərrüfatların içməli su təminatının yaxşılaşdırılması kimi tədbirlər müəyyənləşdirilib. Nəticədə qoyun əti ilə tam özünütəminetmə səviyyəsinə nail olunması planlaşdırılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət Proqramının icrası ilə əlaqədar bütün bölgələrdə olduğu kimi, Naxçıvan iqtisadi rayonunda da regional müşavirə keçirilib, qarşıda duran prioritet vəzifələr müəyyənləşdirilərək aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Bu tədbirlər heyvandarlıq sahəsinin daha səmərəli təşkili, məhsuldarlığın artırılması və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Muxtar respublikada heyvandarlığın mövcud inkişaf mənzərəsinə nəzər saldıqda sahənin kənd təsərrüfatının aparıcı istiqamətlərindən biri olduğu aydın görünür. Statistik göstəricilərə əsasən, 2025-ci ildə Naxçıvan Muxtar Respublikasında 56,6 min baş iribuynuzlu mal-qara və 353,3 min baş xırdabuynuzlu heyvan qeydiyyata alınıb. Bu göstəricilər ölkə üzrə ümumi heyvan sayının müvafiq olaraq 2,3 və 5,2 faizini təşkil edib.

Heyvandarlıq məhsullarının istehsalı sahəsində də müsbət nəticələr əldə olunub. Belə ki, ötən il muxtar respublikada 21,2 min ton diri çəkidə ət və 60,7 min ton süd istehsal edilib. Respublika üzrə ümumi istehsalda Naxçıvanın payı ət istehsalında 3,2, süd istehsalında isə 2,6 faiz olub. Bu göstəricilər muxtar respublikada heyvandarlığın dayanıqlı inkişaf etdiyini, əhalinin keyfiyyətli heyvandarlıq məhsulları ilə təminatında mühüm rol oynadığını və sahənin gələcək inkişafı üçün geniş potensialın mövcud olduğunu göstərir.

Dövlət Proqramı Ordubadda heyvandarlığın inkişafını sürətləndirəcək

Ordubad rayonu muxtar respublikada heyvandarlığın inkişaf etdiyi əsas bölgələrdən biri kimi seçilir. Rayonun təbii-iqlim şəraiti, zəngin örüş və otlaq sahələri, eləcə də kənd təsərrüfatı ənənələri bu sahənin inkişafına əlverişli zəmin yaradır. Cari il aprelin 1-nə olan məlumata görə, rayonda 1204 iribuynuzlu və 765 xırdabuynuzlu heyvandarlıq təsərrüfatı fəaliyyət göstərir. Bu təsərrüfatlarda məhsuldarlığın artırılması, cins tərkibinin yaxşılaşdırılması və yem bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Ötən il rayonda 2904 ton ət, 4252,6 ton süd, 9 milyon 413 min ədəd yumurta və 87,9 ton yun istehsal olunması heyvandarlıq sahəsində əldə olunan uğurların bariz göstəricisidir. İstehsal göstəricilərinin artması həm əhalinin ərzaq təminatında, həm də kənd yerlərində məşğulluğun genişlənməsində mühüm rol oynayır.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş 2026-2030-cu illəri əhatə edən kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan tədbirlərin Ordubad rayonunda da heyvandarlığın daha sürətli inkişafına təkan verəcəyi gözlənilir. Proqramın icrası nəticəsində yeni heyvandarlıq təsərrüfatlarının yaradılması, mövcud təsərrüfatların maddi-texniki bazasının gücləndirilməsi, məhsuldarlığın yüksəldilməsi və istehsal həcminin daha da artırılması üçün əlverişli imkanlar formalaşacaq. Bu isə rayonun aqrar potensialının güclənməsinə, kənd əhalisinin rifahının yüksəlməsinə və regionun iqtisadi inkişafına mühüm töhfə verəcək.

Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin Heyvandarlığın təşkili, örüş və otlaqlara nəzarət sektorunun aparıcı məsləhətçisi Umar Şükürlü bildirir ki, Dövlət Proqramında kənd təsərrüfatının müasir və dayanıqlı inkişafının təmin olunması məqsədilə mühüm prioritetlər müəyyən edilib. İribuynuzlu mal-qaranın baş sayının artırılması, ət və süd istehsalının yüksəldilməsi, qoyunçuluğun inkişaf etdirilməsi, quş əti və yumurta istehsalının genişləndirilməsi proqramın əsas istiqamətləri sırasındadır. Dövlət Proqramının uğurlu icrası Naxçıvanda heyvandarlığın daha müasir və səmərəli əsaslar üzərində inkişafına təkan verməklə yanaşı, əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılmasına, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və kənd yerlərində məşğulluğun artırılmasına mühüm töhfə verəcək.

“Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən heyvandarlıqla məşğul olan fermer və sahibkarlarla mütəmadi görüşlər keçirilir, onların qarşılaşdıqları problemlər, təklif və təşəbbüslər diqqətlə öyrənilir. Qaldırılan məsələlərin operativ həlli məqsədilə aidiyyəti qurumlarla birgə koordinasiyalı tədbirlər həyata keçirilir. Bununla yanaşı, fermerlərin dövlət tərəfindən təqdim olunan güzəşt və dəstək mexanizmlərindən daha səmərəli istifadə etmələri üçün maarifləndirmə tədbirləri təşkil olunur, onlara metodiki və məsləhət xidməti göstərilir. Heyvandarlıq təsərrüfatlarında məhsuldarlığın artırılması, cins tərkibinin yaxşılaşdırılması, yem bazasının gücləndirilməsi və müasir idarəetmə üsullarının tətbiqi istiqamətində də davamlı iş aparılır. Dövlət Proqramında nəzərdə tutulan bütün tədbirlərin vaxtında və tam şəkildə reallaşdırılması üçün bundan sonra da bütün imkanlarımızı səfərbər edəcək, kənd təsərrüfatının inkişafına öz töhfəmizi verməyə çalışacağıq”, – deyə Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı vurğulayır.

Ordubad rayonunun Darkənd kənd sakini, 15 ildən artıqdır heyvandarlıqla məşğul olan fermer Cahangir Orucov Dövlət Proqramının icrasının rayonun ümumi təsərrüfat həyatını canlandıracağını deyir. O, əsasən simental cinsli mal-qaranın yetişdirilməsi ilə məşğul olduğunu, təsərrüfatında həm südlük, həm də ətlik istiqamətli heyvanların saxlanıldığını bildirir.

Fermer qeyd edir ki, dövlətin lizinq mexanizmi ilə bu ilin may ayında Çexiyadan ölkəyə simental cinsli heyvanlar gətirilməsindən yararlanaraq 7 baş damazlıq iribuynuzlu mal-qara əldə edib. Təsərrüfatın yem bazası əsasən öz imkanları hesabına formalaşdırılır. Belə ki, ona məxsus torpaq sahələrində yonca, buğda, arpa və digər yem bitkiləri becərilir, heyvanların yem tələbatı isə bu məhsullar hesabına təmin olunur.

“Heyvanlar üçün lazım olan yem bazasını öz əkin sahələrim hesabına formalaşdırmışam. Hazırda təsərrüfatımı inkişaf etdirirəm və gələcəkdə fermamı daha da böyüdərək simental cinsli mal-qaranın yetişdirilməsi ilə daha geniş miqyasda məşğul olmağı planlaşdırıram. Qarşıdakı illərdə mal-qaranın sayını artırmaqla yanaşı, cins tərkibini və məhsuldarlığı da yüksəltmək niyyətindəyəm. Prezident İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramı fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür. Bu proqram fəaliyyətimizi genişləndirmək üçün bizə əlavə stimul və dəstək verir”, – deyə fermer bildirib.

Göründüyü kimi, Naxçıvan Muxtar Respublikasında heyvandarlıq kənd təsərrüfatının aparıcı sahələrindən biri olmaqla əhalinin məşğulluğunda və ərzaq təminatında mühüm rol oynayır. Bu baxımdan Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi regionda heyvandarlığın daha da inkişafına, məhsuldarlığın yüksəlməsinə, cins tərkibinin yaxşılaşdırılmasına və yeni təsərrüfatların formalaşmasına geniş imkanlar yaradacaq. Beləliklə dövlət dəstəyi və fermerlərin zəhməti nəticəsində Naxçıvanda heyvandarlıq sahəsi yeni inkişaf mərhələsinə qədəm qoyacaq, bu da kənd yerlərində sosial-iqtisadi rifahın yüksəlməsinə və ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə mühüm töhfə verəcək.

Müxbir - Nail Əsgərov

Dövlət dəstəyi və fermerlərin zəhməti - Naxçıvanda heyvandarlığın inkişafında yeni hədəflər VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Korrupsiya ilə bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında yeni qanun layihəsi müzakirə olunur

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür

Rəşad Həsənov: Orta Dəhlizin imkanları genişləndirilir

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçilib

Nazir: Azərbaycan ilə Böyük Britaniyanın tranzit yükdaşımalarının həcmi 14 faiz artıb

Nazir müavini: Azərbaycanın nəqliyyat və rəqəmsal imkanları vahid bağlantılılıq konsepsiyasında birləşir

Tbilisidə nazirlər səviyyəsində dialoq: iqlim investisiyaları və regional əməkdaşlıq

Strateji neft ehtiyatlarının azalması qiymətlərin 100 dollardan yuxarı qalacağını deməyə əsas verir

“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir

Beynəlxalq Astronavtika Konqresində “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb

19 yaşlı müəllim Fidan Əliyeva: İnsan özünü işində göstərdikcə yaş məsələsi tədricən arxa plana keçir

Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir

Rusiyanın Qara dənizdə mülki gəmiyə hücumu nəticəsində ölən və yaralananlar var

Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq

“Bakıya uçuş. İncəsənət həftəsonu”: İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb

Azərbaycan Standartlaşdırma İnstitutu və Türkiyə Standartlar İnstitutu 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalayıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

QHT sədri: 2027-ci il sosial siyasətdə yeni mərhələnin başlanğıcı olacaq

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

Professor: Sülh sazişləri təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin konstitusion sistemlərinə əsaslanır

Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Fransa yüksək faizlərin təzyiqi altındadır

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Gerlind Heckmann: Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə dinamika var

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

AQTA: Fransanın aidiyyəti qurumları ilə heyvanların identifikasiyası sahəsində təcrübə mübadiləsi aparılıb

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və turizm potensialı CİS texnologiyaları ilə araşdırılacaq

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycanda tənzimləmə mühiti çox sabitdir

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb

“OpenAI” Avstraliya hökumət saytlarına müdaxilə ilə bağlı reaksiyasını yetərsiz adlandırıb

AİB 2030-cu ilədək özəl sektor kreditləşməsini illik 13 milyard dollara çatdırmağı hədəfləyir

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir

Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb

® Meksika səfiri Azərbaycanın özəl sektoru ilə əməkdaşlıq imkanlarını dəyərləndirib

® “Rabitəbank”ın ipoteka portfeli 200 milyon manatı ötüb

Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb

Fransada liseylərdə şərait böhranı: şagirdlər daha yaxşısını tələb edir, regionlar isə xərclərdən narahatdır

“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb

Azərbaycandan Böyük Britaniyaya məhsul ixracının dəyəri 14 dəfədən çox artıb – QRAFİK

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNƏCƏK

Romada yaşayış binasının həyətində partlayış baş verib

Azərbaycan və Bolqarıstanın memarlıq irsi tələbələrin gözü ilə - Sofiya Universitetində fotosərgi açılıb

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq VİDEO

Messi Argentina millisində karyerasını başa vurur: Vida oyunu ilə bağlı əsas məqamlar

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən  REPORTAJ  VİDEO

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ VİDEO

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb

Azərbaycan Ankarada keçirilən İstehlakçı Şurasının 30-cu iclasında təmsil olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ağbat məbədi

Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər

Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Akademik: Gənc tədqiqatçılar yüksək intellektual potensiala malik bir nəsil kimi yetişməlidirlər

İqtisadi güc yeni inkişaf mərhələsinin əsas dayağıdır - ŞƏRH

AMEA-da görkəmli alim Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Rizvan Nəbiyev: Qurultayda səsləndirilən fikirlər ölkəmizin inkişaf istiqamətlərinin əsasını təşkil edir

Misir Mərdanov: Ən böyük qazancım xalqıma və Vətənimə xidmət etməyə çalışmağım olub

ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib

BMT-nin Baş katibi Pakistanda səfərdədir

Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq

Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi Beynəlxalq Ahıllar Günü münasibətilə sosial təşəbbüs həyata keçirib

İstanbulda orta məktəb şagirdi həmyaşıdlarına bıçaqla hücum edib: 5 nəfər yaralanıb

Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindədir

Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb

Əlilliyi olan şəxslərlə çalışan mütəxəssislər üçün təlim keçirilir

Baş nazirin müavini: Trans-Xəzər fiber-optik xəttinin bu ay istifadəyə verilməsi gözlənilir