Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq müsabiqədə iki mükafata layiq görülüb
Bakı, 4 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Birləşmiş Krallıqda yerləşən “Global Brands Magazine” təşkilatının "Global Brand Award 2024" beynəlxalq müsabiqəsində iki mükafata layiq görülüb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin təqdim etdiyi iş müsabiqənin münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.
Nəticədə Dövlət Əmək Müfəttişliyi Xidməti müsabiqədə “Public Sector and Gornment Award” kateqoriyası üzrə “İlin ən yaxşı əmək müfəttişliyi” və “Əmək münasibətlərində mükəmməlik” nominasiyaları üzrə qalib gəlib. Xidmətin adı müsabiqənin saytında qaliblər sırasında yer alıb.
Müsabiqədə ölkəmizlə yanaşı, Belçika, ABŞ, Almaniya, İsveçrə və digər ölkələrdən də qurumlar iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:27]
“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib
- 06.10.2026 [12:17]
Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb
- 06.10.2026 [12:04]
Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər
- 06.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 06.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 6 oktyabr
- 06.10.2026 [11:32]