Dövlət əmlakı olan 270 nəqliyyat vasitəsi və texnika növbəti hərraclara çıxarılıb
Bakı, 29 avqust, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sentyabrın 16, 23 və 30-da keçiriləcək hərraclara 270 nəqliyyat vasitəsi və texnika çıxarılıb.
AZƏRTAC Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, sentyabrın 16-da keçiriləcək hərraca 6 lot üzrə 157 nəqliyyat vasitəsi, sentyabrın 23-də keçiriləcək hərraca 31 lot üzrə 58 nəqliyyat vasitəsi, sentyabrın 30-da keçiriləcək hərraca isə 7 lot üzrə 55 nəqliyyat vasitəsi və texnika çıxarılıb. Avtomobil və texnikaların buraxılış tarixləri 1974-2013-cü illəri əhatə edir.
Hərraca çıxarılan dövlət əmlakının siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:53]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir
- 11.06.2026 [18:43]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [17:59]