Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət İmtahan Mərkəzi: dəqiq, ardıcıl və fasiləsiz elektron xidmət

Dövlət İmtahan Mərkəzi: dəqiq, ardıcıl və fasiləsiz elektron xidmət

Bakı, 3 dekabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) öz fəaliyyətini elektron sistemdə dəqiq, ardıcıl, fasiləsiz və istifadəçi üçün heç bir çətinlik yaratmadan həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. DİM dövlət qulluğu ilə bağlı işlərin elektron formatda həyata keçirilməsinə xüsusi önəm verir.

Dövlət qulluğu vəzifələrinə test imtahanında iştirak etmək üçün çox sadə onlayn qeydiyyat

Hazırda DİM-in saytında “Dövlət qulluğu vəzifələri üzrə (B növü) test imtahanında iştirak etmək üçün qeydiyyat” pəncərəsinə daxil olmaqla şəxsi kabinet yaradıb qeydiyyatdan keçmək mümkündür.

AZƏRTAC xəbər verir ki, dekabrın 13-dək davam edəcək BA və BB qrupları üzrə indiyədək 250-yə yaxın şəxs qeydiyyatdan keçib. Bu səhifədən BA və BB qruplarının altqruplarını, onların inzibati vəzifələrin hansı təsnifatına aid olmasını və keçid ballarını faiz üzrə öyrənmək mümkündür. Test imtahanı dekabrın 23-də iştirakçıların sayından asılı olaraq kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahan kompüter vasitəsilə aparılacağı təqdirdə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. İmtahan kağız daşıyıcılar vasitəsilə aparılacağı təqdirdə isə imtahanın yeri və vaxtı namizədin buraxılış vərəqəsində göstəriləcək. Buraxılış vərəqəsini qeydiyyat bitdikdən sonra qeydiyyat səhifəsindən yükləmək mümkündür.

Test imtahanından keçmək barədə sertifikatın alınması

Dövlət İmtahan Mərkəzinin saytında dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə sertifikatın alınması üçün onlayn qeydiyyat pəncərəsi mövcuddur. Burada test imtahanından keçmək barədə sertifikatın alınması üçün onlayn qeydiyyat aparılır. Həmçinin "Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə sertifikatın formasının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə tanış olmaq mümkündür. 

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə elanları

DİM-in saytında dövlət qulluğu ilə bağlı müsabiqənin müsahibə elanları pəncərəsində dövlət qulluğu vəzifələrinin A (inzibati rəhbər) və B (inzibati-icraçı) növləri üzrə sənəd qəbulunun davam etməsi və bitməsi, müsahibələrin davam etməsi və bitməsi barədə konkret məlumatları əldə etmək mümkündür. Həmin pəncərədə istifadəçi çox asanlıqla dövlət qulluğu ilə bağlı elanı oxuya bilər, dövlət qulluğu üzrə müraciət Formasını doldura bilər (əlbəttə ki, şəxsi kabinet yaradılıbsa), müsahibə elanları və vakant vəzifələr üzrə axtarış bölməsində elanlar, dövlət orqanı, sertifikat, rayonla, staj tələbi, təhsil pilləsi, daxil olduğu il, ixtisas üzrə axtarış apara bilər. Bu bölmənin digər üstün cəhəti buradakı elanlar hissəsində də sənəd qəbulunun davam edib-etməməsinin çox asanlıqla müəyyənləşdirilməsidir. Müsabiqənin müsahibə elanları pəncərəsində, həmçinin dövlət orqanı və vakant vəzifələr üzrə, şəhər və rayonlar üzrə, DİM-in regional bölmə və idarələri üzrə sənəd qəbulu və müsabiqə vəziyyəti barədə məlumatlar da yerləşdirilib.

Qeyd edək ki, 2018-ci il noyabrın 27-də elan edilmiş dövlət qulluğuna (A növü) qəbul üçün müsabiqə üzrə müsahibə elanlarının sənəd qəbulu dekabrın 27-dək davam edəcək. Hazırda Müdafiə Sənayesi Nazirliyi 2 vakansiya, o cümlədən nazirliyin aparatında hüquq-müqavilə və kadrlar şöbəsinin müqavilə sektoru müdiri vəzifəsini və nazirliyin aparatında elm, innovasiya və informasiya texnologiyaları şöbəsi müdirinin müavini vəzifəsini təqdim edib. DİM-in saytına görə, bu vəzifələrlə bağlı müraciət edən hələ ki yoxdur.

Noyabrın 27-də elan edilmiş dövlət qulluğuna (B növü üzrə) qəbul üçün müsabiqə üzrə müsahibə elanlarına da sənəd qəbulu dekabrın 27-dək davam edəcək. Hazırda 11 dövlət orqanı, o cümlədən Maliyyə (1), Energetika (7), Müdafiə Sənayesi (2) nazirlikləri, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (13), Gəncə Apelyasiya Məhkəməsi (1), Bakı Ağır Cinayətlər Məhkəməsi (10), Bakı şəhəri Binəqədi (14) və Yasamal rayon (4) məhkəmələri, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi (8), Göyçay (3) və Salyan (1) rayon məhkəmələrindən ümumilikdə 64 vakansiya təqdim edilib. DİM-in saytının müvafiq pəncərəsində hər bir dövlət orqanında hansı vəzifələrə vakansiyaların olması, bu vakansiyaların dövlət orqanının hansı strukturunda, eləcə də mərkəzi aparatda və ya bölgələrdə olması, hansı vəzifəyə müraciətin olub-olmaması və sayı, müsabiqə vəziyyətinin orta sayı barədə məlumat verilib. DİM-in saytına istinadla deyə bilərik ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi hazırda 13 vəzifə təqdim etsə də, artıq müraciət edənlərin sayı 42 nəfərə çatıb, yaxud da Müdafiə Sənayesi Nazirliyinin təqdim etdiyi 2 vakansiya, Gəncə Apelyasiya Məhkəməsinin, Salyan Rayon Məhkəməsinin ayrı-ayrılıqda təqdim etdikləri 1 vakansiya üçün müraciət yoxdur.

DİM-in saytına əsasən deyə bilərik ki, dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə elanları pəncərəsində dövlət qulluğuna (A növü) üzrə qəbul üçün müsabiqə üzrə müsahibə elanlarının bir qisminin sənəd qəbulu dekabrın 5-də başa çatacaq. Belə ki, noyabrın 5-də elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibə elanında Kənd Təsərrüfatı (94), Mədəniyyət (3), Müdafiə Sənayesi (2) nazirlikləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (3), Qida Təhlükəsizliyi Agentliyi (24) tərəfindən ümumilikdə 126 vakansiya təqdim edilib. Bu vakansiyalarla bağlı isə 14 müraciət olub. Bunlardan 1-i Mədəniyyət Nazirliyinin, 1-i Kənd Təsərrüfatı Nazirliyinin, 12-si isə Qida Təhlükəsizliyi Agentliyinin vakansiyaları ilə bağlıdır.

Dövlət qulluğu vəzifələrinin B növü üzrə də qəbul üçün müsabiqənin müsahibə elanlarının bir qisminin sənəd qəbulu dekabrın 5-də başa çatacaq. DİM-in saytından məlum olur ki, bununla bağlı noyabrın 5-də elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibə elanında Maliyyə (8), Kənd Təsərrüfatı (435), Mədəniyyət (53), Müdafiə Sənayesi (11) nazirlikləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (20), Milli Televiziya və Radio Şurası (1), Qida Təhlükəsizliyi Agentliyi (66), Gəncə Apellyasiya Məhkəməsi (6), Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi (8), Hacıqabul Rayon Məhkəməsi (1), Şamaxı Rayon Məhkəməsi (2) tərəfindən ümumilikdə 611 vakansiya təqdim edilib. Bu bölmədə də hər bir vakansiya üzrə nə qədər müraciətin olub-olmamasını asanlıqla müəyyənləşdirmək mümkündür.

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə elanları pəncərəsində sənəd qəbulu başa çatmış, tünd qırmızı şriftlərlə “MÜSAHİBƏLƏR BAŞLAMAYIB” qeydi olan pəncərədə istifadəçi elanlar, dövlət qulluğu üzrə müraciət Forması, müsahibə elanları və vakant vəzifələr üzrə axtarış, dövlət orqanı və vakant vəzifələr üzrə, şəhər və rayonlar üzrə, DİM-in regional bölmə və idarələri üzrə sənəd qəbulu və müsabiqə vəziyyəti ilə yanaşı, qeydə alınmış namizədlərlə müsahibələr üzrə müsahibələrin keçirilmə qrafiki, müsahibə mərhələsi üzrə statistika, vəzifəyə uyğun bilinən namizədlərin siyahısı ilə tanış ola bilər.Məsələn, dövlət qulluğunda vəzifələrin B növü üzrə oktyabrın 15-dən noyabrın 15-dək sənədlərini təqdim edənlər üçün müsabiqə dekabrın 6-dan 17-dək keçiriləcək.  Burada müsahibənin keçirilmə qrafikində hər bir dövlət orqanının vakansiyaları üzrə müraciət edənlərin ümumi sayı, onlardan neçəsinin müvafiq vəzifəyə uyğun gəlib-gəlməməsi, imtina etməsi, iştirak etməməsi, etibarsız hesab edilməsi, müraciət edənlərdən neçəsi ilə müsahibənin keçirilmədiyi, vəzifəyə təyinat və ehtiyat kadrlar siyahısına daxil edilənlərin sayı barədə məlumat əldə etmək mümkündür. Dövlət orqanının adına daxil olmaqla həmin qurumdakı vakansiyalara namizədlərin soyadı, adı və atasının adı, struktur bölmənin adı, vəzifənin adı, müsahibənin tarixi, vaxtı, keçirilmə yeri göstərilir. Yekun bal, vəzifəyə uyğunluq, vəzifəyə təyinat və qeyd bölməsi müsahibə başa çatandan sonra doldurulur. Namizədin imtina etməsi barədə qeyd vəzifəyə uyğunluq qrafikində aparılır. Məsələn, bu linkdən Təhsil Nazirliyinin vakansiyaları ilə bağlı bütün məlumatları əldə etmək mümkündür.  

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə elanları pəncərəsində sənəd qəbulu başa çatmış, yaşıl şriftlərlə “MÜSAHİBƏLƏR DAVAM EDİR” qeydi olan pəncərədə də istifadəçi elanlar, dövlət qulluğu üzrə müraciət Forması, müsahibə elanları və vakant vəzifələr üzrə axtarış, dövlət orqanı və vakant vəzifələr üzrə, şəhər və rayonlar üzrə, DİM-in regional bölmə və idarələri üzrə sənəd qəbulu və müsabiqə vəziyyəti ilə yanaşı, qeydə alınmış namizədlərlə müsahibələr üzrə müsahibələrin keçirilmə qrafiki, müsahibə mərhələsi üzrə statistika, vəzifəyə uyğun bilinən namizədlərin siyahısı ilə tanış ola bilər. Qırmızı rəngdə “MÜSAHİBƏLƏR BİTMİŞDİR” qeydi olan pəncərədə bütün bunlarla yanaşı, vəzifəyə uyğun bilinən namizədlərin tam siyahısı da göstərilir.

Dövlət qulluğuna dair ümumi müsahibə elanları

DİM-in saytındakı dövlət qulluğuna dair ümumi müsahibə elanları pəncərəsində maraqlanan hər kəs sənəd qəbulu davam edən və başa çatmış, eləcə də müsahibələrin davam etməsi və bitməsi barədə məlumatları əldə edə bilər. Sənəd qəbulu davam edən ümumi müsahibə elanlarında istifadəçi elanlar, dövlət qulluğu üzrə müraciət Forması, sənəd qəbulu və müsabiqənin dövlət orqanı və vakant vəzifələr üzrə, şəhər və rayonlar üzrə, DİM-in regional bölmə və idarələri üzrə vəziyyəti ilə tanış ola bilər. DİM-in saytına görə,  2018-ci il noyabrın 27-də elan edilmiş ümumi müsahibə elanları ilə bağlı sənəd qəbulu  dekabrın 27-dək davam edəcək. Cari ümumi müsahibə elanında ümumilikdə 8 dövlət orqanı, o cümlədən Ali Attestasiya Komissiyası (2), Maliyyə Nazirliyi (1), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (46), Energetika Nazirliyi (5), Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi (2), Dövlət Turizm Agentliyi (3), Sumqayıt Apellyasiya Məhkəməsi (1), Şəki İnzibati-İqtisadi Məhkəməsi (5) tərəfindən ümumilikdə 65 vakansiya təqdim edilib. Bu vakansiyalarla bağlı isə ümumilikdə 31 müraciət olub. Müraciətlərin vakansiyalar üzrə sayı barədə məlumatı asanlıqla müəyyənləşdirmək mümkündür. Qırmızı hərflərlə “MÜSAHİBƏLƏR BİTMİŞDİR” qeydi olan hissədə istifadəçi elanlar, dövlət qulluğu üzrə müraciət Forması, sənəd qəbulu və müsabiqənin dövlət orqanı və vakant vəzifələr üzrə, şəhər və rayonlar üzrə, DİM-in regional bölmə və idarələri üzrə vəziyyəti ilə yanaşı, qeydə alınmış namizədlərlə müsahibələr üzrə müsahibələrin keçirilmə qrafiki, müsahibə mərhələsi üzrə statistika və vəzifəyə uyğun bilinən namizədlərin siyahısı ilə tanış ola bilər.

Qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafiki və nəticələri

DİM-in dövlət qulluğuna qəbul üçün qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafiki və nəticələri pəncərəsində müsabiqə üzrə müsahibə elanları və ümumi müsahibə elanları, eləcə də hələ başlamayan, davam edən və bitən müsahibələr barədə və bunlarla bağlı müvafiq olaraq müsahibələrin keçirilmə qrafiki, müsahibə mərhələsi üzrə statistika, vəzifəyə uyğun bilinən namizədlərin siyahısı, elanlarla tanış olmaq və dövlət qulluğu üzrə müraciət Formasını doldurmaq mümkündür.

Dövlət qulluğuna sınaq imtahanında iştirak etmək üçün onlayn qeydiyyat

DİM-in saytındakı dövlət qulluğuna sınaq imtahanında iştirak etmək üçün onlayn qeydiyyat pəncərəsinə daxil olmaqla şəxsi kabinet yaradıb qeydiyyatdan keçmək lazımdır. AA, AB, AC, BA, BB vəzifə qrupları üzrə noyabrın 26-dan başlanmış qeydiyyat dekabrın 5-dək davam edəcək. Ümumilikdə 58 imtahan yerinə 3 nəfər qeydiyyatdan keçib, 55 imtahan yeri boşdur. Qeydiyyatdan keçənlərdən 1-i BA, 2-si BB vəzifə qrupları üzrədir. AA, AB, AC, BA, BB vəzifə qrupları üzrə noyabrın 26-dan başlanmış qeydiyyat dekabrın 15-dək davam edəcək. Hazırda 58 imtahan yerinə 6 nəfər qeydiyyatdan keçib, 52 imtahan yeri boşdur. Vəzifə qruplarının göstərildiyi pəncərədə altqrupa daxil olan vəzifələr, o cümlədən inzibati vəzifələrin təsnifatı üzrə və keçid balı barədə məlumatlar verilir.

Dövlət qulluğunda karyera bələdçisi

DİM-in saytındakı dövlət qulluğunda karyera bələdçisi pəncərəsində istifadəçi cari inzibati vəzifəni, təsnifatı və altqrupu, eləcə də dövlət qulluğunda qulluq stajını, ümumi iş stajını, sertifikat növünü seçməklə sistemə daxil etdiyi göstəricilər əsasında özünün karyera imkanlarını müəyyənləşdirə bilər. Məsələn, tutaq ki, cari inzibati vəzifə, təsnifatı və altqrupunda “aparıcı məsləhətçi”, dövlət qulluğunda qulluq stajı olaraq 4 il, ümumi iş stajı 4 il, BB4 sertifikat göstəricisi ilə mümkün karyera imkanlarını müəyyənləşdirmək olar.

Bütün bunlar DİM-in ən yüksək standartlara uyğun dəqiq, ardıcıl və fasiləsiz elektron xidmət göstərdiyini bir daha təsdiq edir. Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 23 noyabr tarixli Sərəncamına əsasən “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın həyata keçirilməsi və icrasının monitorinqi üzrə əlaqələndirici orqan kimi müəyyən edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb