Dövlət Məşğulluq Agentliyi son bir həftədə 780 şəxsi peşə hazırlığına cəlb edib
Bakı, 9 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi son bir həftə ərzində daha 780 şəxsi peşə hazırlığı kurslarına cəlb edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 211 nəfəri üçün Agentliyin Bakı, Gəncə, Göyçay, Qarabağ və Naxçıvan Peşə Hazırlığı Mərkəzlərində, 569-u üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil olunub.
İşəgötürənlərlə əməkdaşlıq şəraitində və əmək bazarının tələblərinə uyğun peşələr üzrə keçirilən kurslarda müdavimlərə nəzəri və praktiki biliklər tədris edilir.
Peşə kurslarını uğurla başa vuran şəxslərin işlə təminatına dəstək göstərilir.